“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarıldı

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarıldı
08.08.2025 11:00 Cəmiyyət

“Azərbaycan Xəzər Dəniz Gəmişiliyi” QSC-nin (ASCO) “Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, proses zamanı baş mühərriklər, braşpil, şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları, heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmir olunub.

Həmçinin gəminin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrində zədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəminin helikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemi əsaslı təmir olunub.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədəd yeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni “İnmarsat-C” avadanlığı ilə təchiz olunub.

Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb. Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8, eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrə qədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digər sualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər