Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi

Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi
25.02.2026 13:42 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. 

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən dövlət satınalmaları sahəsi üzrə maarifləndirmə tədbirlərində iştirak edib. 

Bir sıra dövlət qurumlarının rəhbərləri ilə yanaşı, satınalan təşkilatların nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirin birinci hissəsində Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı dövlət satınalmalarında açıq və rəqabətli mühitin formalaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət satınalmalarının vahid internet portalında yeni funksionallıqların tətbiqi üzrə atılan addımlar barədə məlumat verilib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında dövlət satınalmalarının təkmil qanunvericilik normaları əsasında həyata keçirilməsi sağlam rəqabət mühitini möhkəmləndirməklə yanaşı, iqtisadi aktivliyin artmasına, yeni iş yerlərinin yaradılmasına və məşğulluğun yüksəlməsinə təkan verir.

Tədbir çərçivəsində Agentliyin Dövlət satınalmalarına nəzarət şöbəsinin sektor müdiri Nicat Xəlilov satınalan təşkilatlar üçün maarifləndirici təqdimatla çıxış edib. Təqdimat zamanı dövlət satınalmalarının əsas prinsipləri diqqətə çatdırılıb, ötən il ərzində Naxçıvan Muxtar Respublikasında yerləşən qurumlar tərəfindən keçirilmiş satınalmaların sayı və məbləği barədə geniş statistik məlumat təqdim edilib. Eyni zamanda, ehtimal olunan qiymətin düzgün formalaşdırılması, şərtlər toplusunun qanunvericiliyin tələblərinə uyğun hazırlanması, təchizatçıların təkliflərinin qiymətləndirilməsi, onların satınalmadan kənarlaşdırılması halları, habelə satınalma müqaviləsinin tərtibi qaydaları izah olunub.

Tədbirin sahibkarlar üçün təşkil edilmiş ikinci hissəsində Agentliyin sədri Elnur Bağırov çıxış edərək dövlət satınalmaları sahəsində tətbiq edilən yeni mexanizmlərin biznes subyektlərinin dövlət sifarişlərinə çıxışını asanlaşdırdığını, onlara bərabər və ədalətli iştirak imkanları yaratdığını bildirib. Qeyd edilib ki, dövlət və özəl sektor arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi Naxçıvanda sahibkarlıq fəaliyyətinin genişlənməsinə töhfə verir. 

Daha sonra Agentliyin Dövlət satınalmalarına nəzarət şöbəsinin sektor müdiri Nicat Xəlilov növbəti təqdimatla çıxış edərək satınalma prosedurlarının həyata keçirilməsi zamanı ortaya çıxan çətinliklər, təchizatçılar tərəfindən ən çox yol verilən səhvlər barədə məlumat verib. Satınalma proseslərindən kənarlaşdırılma riskləri, eləcə də “Etender.gov.az” portalı vasitəsilə dövlət satınalmalarında düzgün iştirak qaydaları diqqətə çatdırılıb. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və satınalma proseslərində uğurlu iştirak üçün praktiki tövsiyələr verilib. 

Naxçıvana səfər çərçivəsində Agentliyin sədri Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Naxçıvan regional bölməsinin əməkdaşları ilə də görüşüb. Görüşdə qurumun fəaliyyəti, həyata keçirilən tədbirlər və əldə edilən nəticələr üzrə müzakirələr aparılıb, qarşıya qoyulan hədəflərə nail olmaq üçün müvafiq tapşırıqlar verilib.

TodayPress TV

PHOTOS

Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi — 1
Agentliyin rəhbər heyəti NMR-ə səfər etdi — 2
NEWS FEED
15 JUNE 2026
Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 All News