Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət etdi

Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət etdi
19.12.2025 16:05 Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müraciət edib.

Bu barədə TodayPress TV-yə agentlikdən məlumat verilib.

"Bildiririk ki, Keyfiyyət informasiya sistemi (E-keyfiyyet.gov.az) üzərindən ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələr, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatlar, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair sənədlər, ölçmə vasitələrinin üzərinə vurulan yoxlama və kalibrlənmə nişanlarının qeydiyyatı, inspeksiya orqanının rəyi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması barədə qərarlar, ölçmə vasitələrinin yararsızlığı haqqında bildirişlər, o cümlədən ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin yaradılmasına görə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar üçün istifadə haqqının məbləği müəyyən olunub.

Keyfiyyət informasiya sistemi üzərindən təqdim edilən xidmətlərdən istifadə haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 9 dekabr tarixli 382 saylı Qərarı ilə təsdiq edilmiş “Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə Qaydası”nda müəyyən olunub.

Agentlik akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlara müvafiq Qayda ilə tanış olmağı tövsiyə edir."

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 All News