6 şagirdə 1 kompüter, HƏDƏF bir şagirdə 1 kompüter - NAZİR MÜAVİNİ AÇIQLADI

6 şagirdə 1 kompüter, HƏDƏF bir şagirdə 1 kompüter - NAZİR MÜAVİNİ AÇIQLADI
01.05.2026 11:14 Cəmiyyət

“Azərbaycanda şəhər yerlərində əhalinin 94,6 faizinin, kənd yerlərində isə 82,1 faizinin internetə çıxışı var”.

TodayPress TV xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda 3-cü Forumda deyib.  

O bildirib ki, ölkəmizdə təhsilin rəqəmsallaşdırılması sürətlə aparılır:

“Hazırda məktəblərin 63 faizi və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulmaq imkanına malikdir. Eyni zamanda hazırda 6 şagirdə 1 kompüter düşür. Əsas hədəfimiz isə hər bir şagirdin 1 kompüterlə təmin olunmasıdır”.

Nazir müavini bildirib ki, dövlətimiz rəqəmsallaşmaya, xüsusilə də təhsil sistemində rəqəmsal imkanların genişləndirilməsinə xüsusi diqqət yetirir. O, həmçinin müasir dövrdə yeni mediada ictimai rəyin formalaşması və transformasiyasının kifayət qədər sürətləndiyini əlavə edib.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 All News