Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır?

Avropa İttifaqının Mülki Missiyası Gədəbəy dağlarında nə axtarır?
09.07.2026 11:39

Cənubi Qafqazda sülh gündəliyi  nə qədər aktual olsa da müəyyən güclərin prosesə zərbə vurmağa yönəlik cəhdləri hiss edilməkdədir.

Avropa İttifaqı tərəfindən Ermənistan hakimiyyətinin dəvəti ilə əvvəllər 20 oktyabr 2022-ci il və 19 dekabr 2022-ci il tarixləri arasında monitorinq keçirən EUMCAP daha sonra Mülki Missiya kimi təsis edildi.


Ermənistanda Aİ Missiyası (EUMA) 20 fevral 2023-cü il tarixində Aİ Xarici İşlər Şurasının qərarı ilə fəaliyyətə başlayıb və eyni zamanda əməliyyat fəaliyyətinə qoşulub. EUMA-nın vəzifəsi yerində vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənən ərazilərdə insan təhlükəsizliyinə töhfə vermək və mümkün olduqda Ermənistanla Azərbaycan arasında etimadın qurulmasını dəstəkləməkdir. EUMA, Aİ-nin regionda sülh və sabitliyin dəstəklənməsi səylərinin vacib bir hissəsidir.

Bu onların fəaliyyət hissəsində yer alan əsas açıq mətndir. Amma ümumilikdə, bəzi suallar ondan da açıq vəziyyətdə cavabını gözləməkdədir.

- Söhbət hansı əməliyyat fəaliyyətindən  gedir?

- Azərbaycanın razılığı olmandan missiya niyə fəaliyyətə davam edir?

- Azərbaycan niyə razı deyil?

- Hansı haqla Azərbaycan ərazilərini Ermənistandan izləməyə davam edirlər?

- Bu binokl əməliyyatlarının əsl məqsədi Azərbaycanın hərbi möqelərinin izlənməsi, xəritəsinin çıxarılması və dislokasiyasına aid hərbi spesifik xüsusiyyətləri ələ keçirməkdirmi?

- Bu yolla, gələcək üçün potensial qarşıdurma mühitində Ermənistanın hərbi revanşist üstünlüyünə gətirib çıxaracaq cavab strategiyası hazırlamaqdırmı?

- Azərbaycanın hazırda Ermənistanla davam edən yaxınlaşma tendensiyası varkən, Missiya təkcə carı ilin yarısında 8 min patrul müşahidəsi kimi gərgin və geniş həcmli fəaliyyətin məqsədi nə olub?

- Nə üçün missiyaya keçmiş hərbçilər, polis nəfərləri, xüsusi xidmət orqanlarının təmsilçiləri cəlb edilib?


Söhbət hansı əməliyyat fəaliyyətindən  gedir?

Mülki missiyanın hansı əməliyyat fəaliyyəti ola bilər ki? Əməliyyat prosesinin mahiyyətində mülki iştirak faktoru yalnız təsirə məruz qalanları əhatə edə bilər ki, belə olduqda, müəyyən olunmamış sərhəd zonasında hansısa vətəndaşın mövcudluğundan söhbət gedə bilməz. Mülki Missiya özünü hərbi planlama qurpu kimi aparması özü şübhəli deyilmi?

Azərbaycanın razılığı olmandan missiya niyə fəaliyyətə davam edir və ya Azərbaycan niyə razı deyil?

Azərbaycana bu missiyanın fəaliyyəti ilə bağlı müraciət edilərkən, qəti olaraq etiraz etdi. Çünki Aİ bu mövzuda qətiyyən səmimi görünmədi. Ona görə ki, missiyaya ehtiyac yox idi, ikincisi antiterror əməluiyyatları dövrünə doğru bizim real vəziyyətimiz suvreneliyin tam bərpasını tamamlamaq və Qarabağda qalmış separatçı qalıqları ordan təmizləmək idi. Bunun üçün bölgədə qalmış rus sülhməramlıları ilə formalaşmış müəyyən ünsiyyət kanalları olmamış deyildi.

Belə olduğu halda, Aİ missiyasına nə gərək qalırdı? İkincisi, o dövrdə də Aİ Parlamenti Azərbaycanı ittiham edən qətnamələr, hesabatlar yayır və ölkəni snksiyayla təhdid edirdi. 

Buna görə də zaman da göstərdi ki, Aİ Missiyası üçüncü qüvvələrin tələsidir və buna razılıq vermək qətiyyən doğru deyil. Çünki Missiya yalnız Ermənistanın işğal kimliyini xilas etməyə gəlirdi.

Hansı haqla indi də Azərbaycan ərazilərini Ermənistandan izləməyə davam edirlər?

Son statistikalara görə, Missiya dörd il ərzində davamlı olaraq 6,7, 8 mindən çox patrul nəzarəti həyata keçirib və  bu indinin özündə artan templə davam edir.

Başa düşülən deyil ki, bu an üçün Ermənistan və Azərbaycan arasında delimitasiya, demarkasiya yüksək şəkildə davam edir, tərəflər birbaşa görüşür, müzakirə edir, ölklərə səfərlər reallaşdırılır. Amma Aİ Missiyası naməlum bir aktivlik nümayiş etdirir.

Bu binokl əməliyyatlarının əsl məqsədi Azərbaycanın hərbi möqelərinin izlənməsi, xəritəsinin çıxarılması və dislokasiyasına aid hərbi spesifik xüsusiyyətləri ələ keçirməkdirmi?


Məlumdur ki, ordumuz yeni mövqelər əldə edib, müasir yerləmələrlə əsgərlərimiz fəaliyyət qurmaqdadırlar. Eyni zamanda vətən müharibəsinin mühüm bir təcrübələri var. Qalib ordunun hazırkı döyüşı hazırlığı və maddi – hərbi – texniki bazası daim yenilənir, qalibiyyətə uyğun da qurulur. Amma bu daha çox Aİ missiyasını narahat edir kimi görünməkdədir.  Çünki Qarabağ bölgəsinin rayonları istisna olmadı, Missiya artıq binokllarını tuşlayıb, Tovuzu, Qazaxı, Gədəbəyi lentə almaqdadır. Onların adı Müşahidə Misiyası olur, yoxda casusluq missiyası və casus kamerası? Kimi, nəyi, hansı strurkturu, bölgənin topoqrafik spesifikasını kim və nə üçün çəkirlər? Buna paralel Ermənistan ordusu da müəyyən zolaqda artıq yeni növ “müdafiə” adlandırdıqları xüsusi hazırlıqlı, keyfiyyətli hərbi istehkamlar inşa etməkdədirlər. Niyə fikir yürümtək olmaz ki, həmin hərbi müasirləşmənin məsləhətşçiləri də məhz bu Missiya agentləridir. Ermənistada sabit olmayan hakimiyyətin hər an dəyişmə ehtimalını və bu ölkədə çoxsaylı revanşistin, terrorçunun, separatçının da mövcudluğunu nəzərə alsaq, lap elə Paşinyanın da qeyri-sabit olduğunu düşünsək, nədir EOMA-nın əsl missiyası? Ermənistanı müharibəyə hazırlamaq? Əlbəttə, başqa bir şübhə yeri də yoxdur. 

Nə üçün missiyaya keçmiş hərbçilər, polis nəfərləri, xüsusi xidmət orqanlarının təmsilçiləri cəlb edilib?

225 nəfərlik missiya heyətinin sayı zatən kritik həddə çoxdur. Onun 166 nəfəri xarici vətəndaşdır, hətta Kanada da prosesdə  iştirakçı yollayıb. Aİ Missiyasında kanadalı nə üçün iştirak etməlidir və  seçim sırf sivil adı qoyulan keçmiş təhülkəsizlik, hərbi və polis, kəşfiyyat təmsilçiləridir, guya silahsız və xüsusi böhranlı vəziyyətlərə hazırlıqlı şəxslərdir.

Amma proses də göstərir ki, missiya faktiki olaraq alternativ hərbi məsləhət qurumuna çevrilib, eyni zamanda isə başqa bir açıq sual qalmaqdadır.

Missiya İran – Ermənistan sərhədini də müşahidə altında saxlamağa davam edir. 

Bu, artıq Missiyanın hədəflərinin nə qədər böyük olduğunu ortaya qoyur. Missiya bir növ Ermənistan dövlətindən də böyükdür.


Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı

NEWS FEED
20 AUGUST 2026
Beyin şişlərinə qarşı yeni silah - Kəllədə gizli immun mexanizm aşkarlandı 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Gələcək üçün təhlükə siqnalı: Azərbaycanda əhalinin artımı sürətlə zəifləyir 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Three supermassive black holes found in a distant galaxy—and they may collide 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azerbaijan expresses condolences to CAR over deaths of miners 11:58 Trump’s secret plan revealed: How are 10 million barrels of oil transported every night? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 First death from West Nile virus recorded in Israel 10:44 “This is the end of the journey!” David Coulthard discusses Zandvoort’s Formula 1 future 10:28 Abbas Araghchi reacts to Donald Trump’s statements 10:24 Unexpected last-minute change in Darwin Núñez transfer 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 All News