Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi

Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi
23.05.2025 10:15

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkədə teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atılıb. 

Bu barədə Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, yaradılan İşçi qrupunun ilk iclası keçirilib. 

İşçi qrupuna Səhiyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) aidiyyəti nümayəndələri daxildir. 

Tədbirdə açılış nitqi ilə çıxış edən səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov vurğulayıb ki, müasir dövrdə səhiyyədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi tibbi xidmətlərin əlçatanlığını artırmaq, regionlararası bərabərsizliyi minimuma endirmək və xidmət keyfiyyətini yüksəltmək baxımından strateji əhəmiyyət daşıyır.

“Tibbi xidmətlərin keyfiyyətinin artırılması və kadr çatışmazlığının aradan qaldırılması bu gün səhiyyəmizin əsas prioritetlərindəndir”,– deyə Rüfət Hacıəlibəyov bildirib. 

Qeyd olunub ki, tibb xidmətlərinin əsasən paytaxtda cəmləşdirilməsi bölgə əhalisinin tibb xidmətlərinə çıxışını çətinləşdirir.

Bu, həm maliyyə, həm də zaman baxımından əlavə yük yaradır, xəstəxanalarda növbələrin uzanmasına, yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.

Teletibb isə bu problemlərin həllində mühüm vasitə kimi çıxış edəcək. 

Bununla yanaşı, Nazirlər Kabinetinə təqdim edilməsi üçün teletibb xidmətlərinin təşkili və tətbiqi ilə bağlı qərar layihəsinin hazırlanmasının da vacibliyi qeyd edilib.

FOTOLAR

Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi — 1
Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi — 2
Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi — 3
Teletibb xidmətinin İşçi qrupunun ilk iclası keçirildi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Bütün Xəbərlər