Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı

Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı
05.06.2025 13:09

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub.

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və qurumun nümayəndələri də daxildir. Səfərin məqsədi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və icbari tibbi sığorta sahəsində beynəlxalq təcrübənin öyrənilməsidir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti ilə Macarıstanın Daxili İşlər Nazirliyinin Səhiyyə üzrə dövlət katibi müavini Judith Bidlo arasında görüş keçirilib. Judith Bidlo Macarıstanın səhiyyə sisteminin idarə olunması, tibbi xidmətlərin təşkili və maliyyələşdirilməsi barədə məlumat verib. O sığorta sahəsində əməkdaşlığın həm strateji, həm də praktiki baxımdan əhəmiyyətli olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağına əminliyini bildirib.

Zaur Əliyev Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu sahədə əldə olunan nailiyyətlər barədə məlumat verib, səhiyyə sistemində yeni texnologiyaların tətbiqi və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Macarıstanda icbari tibbi sığorta modeli ilə tanışlığın Azərbaycanda aparılan səhiyyə islahatlarına əlavə dəyər qatacağına inamını ifadə edib.

Vüqar Qurbanov isə öz növbəsində tibb müəssisələrinin idarəetmə modeli, infrastrukturun optimallaşdırılması, kadr potensialının gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilən yeniliklər, tibb müəssisələrində beynəlxalq standartların, eləcə də xarici ölkələrin qabaqcıl təcrübələrinin tətbiqi barədə danışıb.

Macarıstanın səhiyyə sisteminin maliyyələşdirilməsi mexanizmlərinin öyrənilməsi məqsədilə Milli Sağlamlıq Sığorta Fondunda da görüş keçirilib. Görüş zamanı səhiyyə xidmətlərinin maliyyələşdirilməsi, xəstəxana idarəetməsi, dərman təminatı və dövlət-özəl sektor arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Milli İctimai Səhiyyə və Əczaçılıq Mərkəzi dərmanların qeydiyyatı, keyfiyyətə nəzarət və təhlükəsizliyi sahəsində Macarıstanın əsas qurumu olaraq nümayəndə heyətini qəbul edib. Görüşdə dərman çatışmazlığı və saxtalaşdırma problemlərinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər və tənzimləmə mexanizmləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Xəstəxanalar üzrə Milli Baş Müdirlikdə keçirilən görüşdə ilkin və ambulator tibbi xidmətlərin təşkili, insan resurslarının idarəedilməsi və süni intellektin səhiyyə sahəsində tətbiqi kimi aktual mövzular ətrafında müzakirələr aparıb.

Səfər çərçivəsində son olaraq nümayəndə heyəti Onkologiya İnstitutunda da olub, xərçənglə mübarizə sahəsində tətbiq edilən innovativ müalicə üsulları, o cümlədən uşaq şüa terapiyası və ağciyər transplantasiyası üzrə aparılan işlərlə tanış olublar.

FOTOLAR

Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı — 1
Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı — 2
Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı — 3
Azərbaycan və Macarıstan arasında tibbi əməkdaşlıq barədə müzakirələr aparıldı — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Bütün Xəbərlər