1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi

1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi
13.10.2025 17:53

TƏBİB-in təşkilatçılığı ilə Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Poliklinikasında media nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

TodayPress TV xəbər verir ki, “Açıq qapı” gününün keçirilməsində əsas məqsəd poliklinikanın fəaliyyəti ilə iştirakçıları əyani tanış etmək, peyvənd prosesini izləmələrinə şərait yaratmaq və onları maraqlandıran sualları cavablandırmaqdan ibarət olub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq iştirakçıları salamlayıb. O bildirib ki, peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur:

“Ötən il - 2024-cü ilin sentyabr ayından 2025-ci ilin yanvar ayına qədər tibb müəssisələrimizdə ümumilikdə 34 min 148 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 4 min 431 nəfəri 0-17 yaş, 29 min 717 nəfəri isə 18 yaşdan yuxarı vətəndaşlarımızdır. Bu rəqəmlər göstərir ki, artıq insanlar öz sağlamlıqlarına daha məsuliyyətlə yanaşır, peyvəndə etimad və maraq getdikcə artır”.

TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva qeyd edib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi xarakter daşıyır və onların tətbiqi uşaqların, yaşlıların, xroniki xəstəlikləri olan şəxslərin, həmçinin tibb işçilərinin qrip və onun ağırlaşmalarından qorunmasında mühüm əhəmiyyət kəsb edir:

“Oktyabrın 8-dən bu günədək 741 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 641 nəfəri Bakı şəhərində yerləşən ilkin-səhiyyə xidməti göstərilən müəssisələrdə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar isə Sumqayıt şəhəri, Qəbələ, İsmayıllı, Qobustan, Xaçmaz və Ağdaş rayonlarıdır”.

1 nömrəli Şəhər Poliklinikasının baş həkimi Təranə Nurəlibəyova poliklinikanın fəaliyyəti ilə iştirakçıları tanış edib. T.Nurəlibəyova bildirib ki, tibb müəssisəsində peyvəndlənmə “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub və peyvəndlər böyüklərə, eləcə də 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

Tədbir sonunda media nümayəndələri könüllü olaraq qrip əleyhinə peyvənd olunublar.

“Açıq qapı” günü iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.

TodayPress TV

FOTOLAR

1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 1
1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 2
1 nömrəli Şəhər Poliklinikasında “Açıq qapı” günü keçirildi — 3
XƏBƏR LENTİ
05 AVQUST 2026
Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb 21:13 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 ABŞ “dənizin altına” sərmayə qoydu: 76,6 milyard dollar 20:24 Kanala girən 14 yaşlı oğlandan xəbər yoxdur - Fövqəladə Hallar hərəkətə keçdi 20:10 Türkiyə mediası Hacıyevin fikirlərini təhrif etdi - FOTO 19:56 Gürcüstanda universitetlər pulsuz olacaq, amma bir şərtlə! 19:51 İran və Oman Hörmüzü “qorumağa” hazırlaşır: ABŞ də siyahıdadır 19:31 Azərbaycan Mərakeşdə xüsusi status qazandı - “Fəxri ölkə” 19:23 Ben-Qvir vəzifəsini itirəcək? Netanyahu açıqlama verdi 19:17 Metrodan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR! 19:05 Moldovada kritik vəziyyət: Ölkə su ehtiyatlarını işə saldı 18:52 Borcu vardı, amma möhlət də verilmişdi: İranda neft şirkətinin hesabları niyə bağlandı? 18:37 ABŞ geri addım atdı: Sanksiyalar yığışdırıldı 18:22 Bakı metrosunda 10 yeni stansiya: Sərnişinlərə ŞAD XƏBƏR 18:18 Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda tıxac var - SİYAHI 18:11 Uzun fasilə bitdi: Mudrik yenidən yaşıl meydanda! 17:43 Maks Ferstappen komanda rəhbərinə heyranlığını gizlətmədi 17:21 Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu 17:24 Şirvan kanalı bərpa edildi 17:11 Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək 17:03 Bütün Xəbərlər