Zikhlərə qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans keçirildi

Zikhlərə qarşı zorakılıq mövzusunda beynəlxalq konfrans keçirildi
19.01.2026 15:00 Xarici siyasət

16 yanvar 2026-cı il tarixində Bakıda Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

TodayPress TV xəbər verir ki, konfrans geniş beynəlxalq iştirak və əhəmiyyətli ictimai-siyasi rezonans doğurub.

Tədbir həmçinin beynəlxalq media məkanında geniş şəkildə işıqlandırılmış və bir sıra nüfuzlu beynəlxalq və regional media qurumları tədbirlə bağlı analitik və informativ materiallar dərc etmişdir. Xüsusilə Hindistanın SikhPoliticsNews, KhireyaPunjab, MediaPunjab, BolePunjab və QuamieKta media platformaları, o cümlədən Pakistanın The Gulf Observer və HumEnglish portalları, Türkiyənin TRT1 televiziya kanalı, eləcə də Gürcüstanda mənzillənən OC Media informasiya portalı konfrans barədə ətraflı məlumat yaymışdır. Sözügedən media qurumları konfrans çərçivəsində səsləndirilən mövqeləri, tarixi faktları və mövcud insan hüquqları vəziyyətini geniş auditoriyaya çatdıraraq tədbirin beynəlxalq əhəmiyyətini ön plana çıxarıb.

Konfrans, eyni zamanda, sosial şəbəkələrdə, xüsusilə Hindistanın etnik və dini azlıqlara qarşı zorakı siyasətindən zərər çəkmiş və hazırda Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və digər ölkələrdə yaşayan Zikh diaspor icmaları arasında X (Twitter), Facebook və digər platformalarada geniş müzakirə edilmişdir. Xaricdə fəaliyyət göstərən bir sıra zikh təşkilatlar Bakı Təşəbbüs Qrupu-nun paylaşdığı postları yenidən paylaşıb. 

Sosial media müzakirələrində əsasən “Bakı Təşəbbüs Qrupu zikhlərə qarşı diskriminasiyanı beynəlxalq gündəmə çıxardı”, “Bakıda zikhlərə qarşı zorakılığa həsr olunmuş beynəlxalq konfrans keçirildi”, “Hindistanda azlıqlara qarşı repressiyalar Bakıda beynəlxalq müstəvidə müzakirə olundu” və “Sikhlərin hüquqlarının müdafiəsi üçün yeni qlobal platforma: Bakı Konfransı” və s. bu kimi başlıqlar diqqət çəkib. 

Bu başlıqlar altında yüzlərlə paylaşım, repost və şərh edilmiş, konfransın materialları və çıxışları geniş auditoriyaya çatdırılmışdır. Tədbir #BakuInitiativeGroup, #SikhRights, #JusticeFor1984 və #HumanRightsInIndia kimi həştəqlərlə sosial mediada trendə çevrilib.

Konfrans Hindistanda etnik və dini azlıqlara qarşı repressiv siyasətin beynəlxalq gündəmə çıxarılması baxımından mühüm addım kimi qiymətləndirilir. Həmçinin, BTQ-nin dekolonizasiya, əsarət altında yaşayan xalqların hüquqlarının müdafiəsi sahəsində qlobal müstəvidə artan rolunu bir daha nümayiş etdirir, zikhlərin hüquqlarının müdafiəsi istiqamətində yeni beynəlxalq platformanın yaradılmasında irəliyə doğru ciddi addımdır. Konfrans çərçivəsində səsləndirilən faktlar və məlumatların yaxın aylarda BMT və digər beynəlxalq institutların gündəminə çıxarılması planlaşdırılır.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər