“Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olundu

“Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olundu
23.05.2025 01:20 Xarici siyasət

Azərbaycan Respublikasının sədrlik etdiyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) rəsmi mətbuat orqanı olan “Voice of Asia: CICA Digest” jurnalının 2025-ci il üzrə ilk buraxılışı dərc olunub.

Xarici İşlər Nazirliyindən TodayPress TV-ə verilən məlumata görə buraxılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AQEM Sədrliyi çərçivəsində strateji prioritetlərə dair baxışı geniş işıqlandırılıb. Azərbaycan Respublikasının Prezidenti tərəfindən pan-Asiya dialoqunun təşviqi, institusional innovasiya və davamlı regional inkişaf kimi istiqamətlər üzrə əsas strateji hədəflər jurnalda öz əksini tapıb. Bu strateji çərçivədən irəli gələrək, rəqəmsal inkişaf, mədəniyyətlərarası dialoq, ətraf mühitin qorunması,gənclərin fəal iştirakı və post-münaqişə dövründə mina təmizləmənin bərpa və sabitlik üçün vacib istiqamət kimi əhəmiyyəti vurğulanır.

Xarici İşlər naziri Ceyhun Bayramov nəşrin giriş sözündə Azərbaycanın AQEM-in institusional inkişafı və beynəlxalq təşkilata çevrilməsi istiqamətində təşəbbüslərini, o cümlədən “Daha güclü AQEM: Asiyada Əlaqəlilik, Rəqəmsallaşma və Davamlı İnkişaf” mövzusuna əsaslanan strateji prioritetlərini qeyd edib.

Buraxılışda həmçinin AQEM-in elm və təhsil sahəsində təşəbbüsü olan Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin (PNLU) Koordinasiya Şurasının ilk iclası barədə də məlumat verilir. Qeyd olunur ki, ADA Universitetinin sədrlik etdiyi bu yeni platforma çərçivəsində gənclərin və elmi dairələrin əməkdaşlığının gücləndirilməsi hədəflənib.Azərbaycanın sədrliyi çərçivəsində AQEM Biznes Şurası İdarə Heyətinin 2025-ci il üzrə keçirilmiş ilk iclasına da yer ayrılıb. Bildirilir ki, iclasda AQEM Biznes Şurasının iclası, BiznesForumu və kiçik və orta biznes (KOB) məhsullarından ibarət sərgi barədə məsələlər müzakirə edilib, eləcə də KOB-un inkişafı, qadınların iqtisadi fəallığı və yaşıl iqtisadiyyata keçid mövzuları diqqət mərkəzində olub.

Buraxılışda həmçinin Bakıda keçirilmiş AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin ilk iclası barədə də geniş məlumat verilir. Bu iclasda Azərbaycan Sədrliyinin prioritetləri üzv dövlətlər tərəfindən dəstəklənmiş, 2025-ci il üzrə AQEM-in Beyin Mərkəzləri Forumunun Fəaliyyət Planı qəbul edilmiş, AQEM Qadınlar Şurasının və ikinci Baş katib müavini vəzifəsinin təsis olunması təşəbbüsləri irəli sürülmüşdür.

Jurnalda həmçinin Astana şəhərində AQEM üzv dövlətlərinin səfirləri ilə keçirilmiş görüşbarədə məlumat verilir. Görüş zamanı Azərbaycanın Sədrliyinin əsas hədəfləri – təşkilatın beynəlxalq hüquqi statusunun gücləndirilməsi, AQEM Nizamnaməsinin qəbuluna hazırlıq və institusional inkişaf məsələləri təqdim olunub.

Jurnalın üz qabığında isə ölkəmizin turizm potensialının təşviqi ilə bağlı məlumat öz əksini tapır.

Jurnal ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.s-cica.org/digiest/digiest2025-1eng.pdf 

XƏBƏR LENTİ
30 IYUL 2026
Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Bütün Xəbərlər