Sahibə Qafarova Misir Senatının sədri ilə görüşdü

Sahibə Qafarova Misir Senatının sədri ilə görüşdü
26.05.2025 17:43 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Misir Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb. 

TodayPress TV xəbər verir ki, əvvəlcə Misir Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub. 

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar.  Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb. 

Görüşdə spiker Sahibə Qafarova iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib. 

Parlament sədri bu səfərin iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi və genişlənməsinə, həmçinin parlamentlərarası münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. 

Söhbət zamanı iki arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır. 

Görüşdə iqtisadi əlaqələrin ikitərəfli münasibətlərdə mühüm yer tutduğu vurğulanaraq qeyd edilib ki, Azərbaycan və Misir arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar və kifayət qədər böyük potensial mövcuddur. 

Senatın sədri öz növbəsində parlamentlərarası əlaqələrin inkişafında bu münasibətlərin mühüm rol oynadığını qeyd edib və qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə dair inam ifadə olunub.

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır - VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər