Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanladı

Prezident İlham Əliyev Si Cinpinə məktub ünvanladı
29.09.2025 17:44 Xarici siyasət

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Çin Xalq Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizin liderliyiniz sayəsində iqtisadi, sənaye, hərbi, yüksək texnologiyalar, innovasiya, elm və digər bütün sahələrdə mühüm nailiyyətlər əldə edən Çin dünyanın ən qabaqcıl ölkələri sırasında qərarlaşmış, beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmişdir. Bu il ərzində dost ölkənizə həyata keçirdiyim iki səfər zamanı Sizin qətiyyətli rəhbərliyiniz altında ölkədə aparılan genişmiqyaslı quruculuq işlərini, möhtəşəm inkişafı və nailiyyətləri əyani şəkildə görmək məndə böyük təəssürat oyatdı.

Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Məmnunluqla qeyd etmək istərdim ki, son dövrdə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. Aramızdakı fəal dialoq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşlərimiz, təmaslarımızın intensivliyi Azərbaycan-Çin əlaqələrinin səviyyəsindən və yüksək dinamikasından xəbər verir. Aprel ayında Çinə dövlət səfərim zamanı imzalanmış sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi daha da yüksək pilləyə qaldırmış, dövlətlərarası münasibətlərimizin strateji mahiyyətini gücləndirmişdir.

Bu gün Azərbaycan ilə Çin arasında qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslanan münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı məmnunluq doğurur. Siyasi, iqtisadi-ticari, sənaye, enerji, nəqliyyat-kommunikasiya, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. “Kəmər və yol” layihəsinin uğurla icrası, xüsusilə də onun vacib tərkib hissəsi olan Orta Dəhliz vasitəsilə daşımaların artması təqdirəlayiqdir. Eyni zamanda vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsinin insanlararası təmasların və turizmin inkişafına, iqtisadi, humanitar və mədəni əlaqələrin dərinləşməsinə mühüm təkan verəcəyinə inanıram.

Hörmətli cənab Sədr,

Əminəm ki, bir-birinə böyük rəğbət bəsləyən xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan-Çin ənənəvi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, hərtərəfli strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir xoş gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Bütün Xəbərlər