Ombudsman beynəlxalq konfransda çıxış etdi

Ombudsman beynəlxalq konfransda çıxış etdi
26.06.2025 17:52 Xarici siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilmiş İnformasiya Komissarlarının XVl Beynəlxalq Konfransında (ICIC XVI) iştirak edib.

Bu barədə TodayPress TV-yə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

“Rəqəmsal dövrdə ətraf mühitlə bağlı informasiyaya çıxış” mövzusunda keçirilən bu beynəlxalq konfransda “İnformasiya komissarlarının yeni çağırışlar və müsbət təcrübələrinin mübadiləsi” adlı interaktiv panel sessiyada çıxışı zamanı Müvəkkil informasiya əldə etmək hüququnun müdafiəsi və təşviqi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə geniş məlumat verib.

Ombudsman “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu ilə dövlət orqanları, bələdiyyələr, publik hüquqi şəxslər, onların vəzifəli şəxsləri tərəfindən “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirməsinə nəzarəti həyata keçirdiyini, bu hüququn müdafiəsi sahəsində müsbət təcrübələrə malik olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Müvəkkil qeyd olunan sahədə həyata keçirilən fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman Aparatında müvafiq struktur bölmənin yaradıldığını, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı müraciətlərə operativ şəkildə baxıldığını, bu istiqamətdə davamlı olaraq paytaxda və regionlarda hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Ombudsman informasiya əldə etmək hüququnun təmini məqsədilə görülən işlərlə yanaşı, müraciətlərin poçt, elektron poçt, Ombudsman Aparatının sosial şəbəkə hesabları, həmçinin 24/7 rejimdə fəaliyyət göstərən “916” Çağrı Mərkəzi vasitəsilə qəbul edildiyini bildirib.

Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 30 ilə yaxın işğal altında qaldığını bildirən Ombudsman Səbinə Əliyeva bu müddət ərzində həmin ölkə tərəfindən beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulmasına səbəb olan cinayətlər törədildiyini, bu faktlarla bağlı yerli və beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə faktaraşdırıcı missiyaların da həyata keçirildiyini diqqətə çatdırıb.

Ombudsman Ermənistan tərəfindən ərazilərimizdə törədilən cinayətlər, o cümlədən ekosid, urbasid, kulturasid, mina terroru, eləcə də Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyi barədə məlumatların əldə olunmaması ilə bağlı müvafiq beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edildiyini bildirib, lakin mövcud ikili standartlar səbəbindən Ermənistana münasibətdə hər hansı bir ciddi tədbirlərin görülmədiyini qeyd edib.

Səfər zamanı Səbinə Əliyeva, həmçinin konfransda iştirak edən xarici ölkələrin ombudsmanları, milli insan hüquqları institutlarının rəhbərləri və informasiya komissarları ilə görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Səfər çərçivəsində Ombudsman Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Müxtəliflikdə birlik: dialoqda dinlərarasi sədalar” mövzusunda keçirilmiş konfransda iştirak edib, tədbirdə iştirak edən dini icmaların nümayəndələri ilə və orada yaşayan soydaşlarımızla görüşüb.

FOTOLAR

Ombudsman beynəlxalq konfransda çıxış etdi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Bütün Xəbərlər