Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı

Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı
15.07.2025 17:26 Xarici siyasət

Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paulin Eyzemanın Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.

TodayPress TV Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycandakı səmərəli diplomatik fəaliyyətinə görə səfir Paulin Eyzemaya təşəkkür edib.

Görüşdə Azərbaycan və Niderland arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində təmasların, ikitərəfli münasibətlərin cari vəziyyətinin və perspektivlərinin müzakirəsi məqsədilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Paulin Eyzema 5 ilə yaxın müddətdə Niderlandın Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı — 1
Niderlandın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatdı — 2
XƏBƏR LENTİ
15 IYUN 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Bütün Xəbərlər