Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olundu

Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələri müzakirə olundu
11.06.2025 21:46 Xarici siyasət

Milli Məclisin sədri Sahibə Qafarova iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.

TodayPress TV xəbər verir ki, görüşdə dost ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən razılıq ifadə olunaraq, Azərbaycanla Özbəkistanın bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi qeyd edilib. Münasibətlərin hazırki yüksək səviyyəyə çatmasında iki ölkənin dövlət başçılarının mühüm rolu diqqətə çatdırılaraq, bildirilib ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, sıx təmaslar dost və qardaş ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə daxil olmasını şərtləndirib.

Söhbət zamanı qeyd edilib ki, qanunverici orqanlarımız arasında əlaqələrin genişlənməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verir. Milli Məclisin Özbəkistan parlamentinin hər iki palatası ilə əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb. Spiker Sahibə Qafarova özünün Özbəkistana, qarşı tərəfin qanunverici orqanlarının rəhbərlərinin isə ölkəmizə səfərlərini məmnunluqla xatırladaraq, bu sahədə müsbət dinamikanın olduğunu deyib. Vurğulanıb ki, parlamentarilərimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər