Milli Məclisdə Lord Aamer Safraz ilə görüş keçirildi

Milli Məclisdə Lord Aamer Safraz ilə görüş keçirildi
25.09.2025 18:24 Xarici siyasət

Sentyabrın 25-də Milli Məclisdə Britaniya Lordlar Palatasının üzvü ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TodayPress TV-yə verilən xəbərə görə, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Aamer Safrazın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, işçi qrupunun üzvü Səməd Seyidov qonaqları salamlayaraq, onları Milli Məclisdə görməkdən məmnunluğunu bildirib. O, parlamentlərarası əlaqələrin ölkələr arasındakı münasibətlərin inkişafına müsbət təsirindən danışıb və iki ölkə arasındakı əlaqələrin tarixi, parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə dövlətlərimiz arasında mövcud olan siyasi və parlamentlərarası münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Aamer Safraz bu gün ADA Universitetində 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun səmərəli olduğunu bildirib. O qeyd edib ki, bütün sahələrdə tərəfdaşlığın genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaq.

Görüşdə Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Fətəliyeva, Zaur Şükürov, Tural Gəncəliyev çıxış edərək ölkələrimiz arasında münasibətlərin inkişafında müxtəlif səviyyələrdə, o cümlədən diplomatik dialoqun önəmini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Böyük Britaniya arasında əlaqələr iqtisadi, siyasi, humanitar, enerji sahələri ilə yanaşı, digər sahələri də əhatə edir və qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

TodayPress TV

FOTOLAR

Milli Məclisdə Lord Aamer Safraz ilə görüş keçirildi — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 Bütün Xəbərlər