Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi

Marko Rubio Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi
28.05.2025 09:42 Xarici siyasət

ABŞ Dövlət katibi Marko Rubio Amerika xalqı adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Departamenti açıqlama yayıb.

Rubio bildirib ki, ABŞ Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir.

“Birləşmiş Ştatlar Cənubi Qafqazın çiçəklənməsi üçün son dərəcə vacib olan regionda sülh və sabitliyin təşviqi səylərini dəstəkləməkdə davam edir. Biz bu il Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni üzrə əldə etdiyi razılaşmanı qeyd edirik. Biz, həmçinin Azərbaycanın enerji təchizatçısı və nəqliyyat qovşağı kimi artan əhəmiyyətini tanıyırıq”, - deyə Rubio əlavə edib.

Onun sözlərinə görə, son 33 il ərzində qurulmuş ABŞ - Azərbaycan tərəfdaşlığı təhlükəsizlik, enerji və iqtisadi sahədə ümumi maraqları inkişaf etdirməyə davam edir:

“Biz əməkdaşlığımızı dərinləşdirməyə, Azərbaycan və bütün region üçün dinc, firavan gələcəyi təmin etmək üçün birgə işləməyi səbirsizliklə gözləyirik”.

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər