Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu

Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu
05.01.2026 14:19 Xarici siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının paytaxtı Maskat şəhərində Oman Milli Muzeyində və Mutrah bazarında olub.

TodayPress TV xəbər verir ki, Leyla Əliyeva əvvəlcə Oman Milli Muzeyini ziyarət edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti burada müxtəlif guşələri gəzib, nümayiş etdirilən eksponatlarla tanış olub, onların tarixi haqqında ətraflı məlumat alıb.

Bu Muzey Omanın tarixi və mədəni irsini əks etdirən əsas mərkəzlərdən biridir.

Rəsmi olaraq 2016-cı ildə fəaliyyətə başlayan muzeydə arxeologiya, dənizçilik, silahşünaslıq, etnoqrafiya, İslam mədəniyyəti və s. üzrə zəngin kolleksiyalar nümayiş etdirilir. Burada hər biri Omanın mədəni irsinin fərqli aspektlərini əhatə edən 14 daimi qalereya mövcuddur, həmçinin müvəqqəti sərgilər üçün əlavə sahələr ayrılıb.

7000-dən çox əşyanın qorunub saxlanıldığı muzeydə rəqəmsal immersiv təcrübə qurğuları, kinoteatr və uşaqlar üçün kəşf sahələri var. Yaxın Şərqdə görmə qabiliyyəti zəif olanlar üçün ərəb Brayl əlifbası ilk dəfə burada tətbiq edilib.

Memarlıq həlli milli ənənələrlə müasir üslubun vəhdətini əks etdirən Oman Milli Muzeyi həm yerli əhali, həm də xarici turistlər üçün mühüm maarifləndirici platforma rolunu oynayır.

Muzeylə tanışlıqdan sonra Leyla Əliyevaya hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.

Leyla Əliyeva daha sonra Mutrah bazarında olub, burada satılan əşyalara baxıb, satıcılarla səmimi söhbət edib.

Qeyd edək ki, bu, ərəb dünyasının ən qədim və məşhur bazarlarından biridir. Tarixi bir neçə yüz il əvvələ gedib çıxan bu bazar Hindistan, Çin, Avropa və Yaxın Şərq ölkələrindən Maskat limanına gələn mallar üçün ticarət mərkəzi olub.

Mutrah bazarı dar, üstüörtülü küçələri və ərəb memarlığı ilə seçilir.

Bazarda ənənəvi tekstil, geyim, zərgərlik məmulatları, suvenirlər, ədviyyatlar, buxur, o cümlədən Omani buxuru, ətirlər, əl işləri ilə yanaşı, meyvə, tərəvəz, müalicəvi otlar və digər yerli məhsullar satılır.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 1
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 2
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 3
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 4
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 5
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 6
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 7
Leyla Əliyeva Oman Milli Muzeyində və Mutrah bazarında oldu — 8
XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər