Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür etdi

Hikmət Hacıyev WUF13-ü işıqlandıran jurnalistlərə təşəkkür etdi
22.05.2026 12:58 Xarici siyasət

“Azərbaycan mediası öz vətənpərvərliyini və peşəkarlığını nümayiş etdirərək forumla bağlı məlumatları operativ şəkildə beynəlxalq aləmə çatdırdı”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) son günündə tədbiri işıqlandıran jurnalistlərlə görüş zamanı deyib.

O bildirib ki, Azərbaycan mediası beynəlxalq media ilə birlikdə, eyni zamanda peşəkar rəqabət prinsipləri əsasında fəaliyyət göstərərək forum barədə məlumatların dünyaya operativ çatdırılmasını təmin edib.

Hikmət Hacıyev jurnalistlərin gördüyü işin böyük zəhmət tələb etdiyini vurğulayaraq qeyd edib ki, media nümayəndələri səhər saatlarından axşama qədər intensiv fəaliyyət göstərib, şəhər daxilində də reportajlar hazırlayaraq hadisələri operativ şəkildə ictimaiyyətə təqdim ediblər.

Prezidentin köməkçisi foruma ölkə ictimaiyyətində yaranan böyük marağın da mediada aparılan işin nəticələrindən biri olduğunu bildirib. O, redaksiyalara və bütün əməkdaşlara təşəkkürünü ifadə edib, xüsusilə jurnalistlərin, eləcə də əməyi çox zaman görünməyən operator və kamera heyətinin fəaliyyətini qeyd edib.

Hikmət Hacıyev Azərbaycan mediasında yeni simaların meydana çıxmasını da müsbət hal kimi dəyərləndirib və media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər