Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir

Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir
18.05.2025 17:25 Xarici siyasət

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tehran Dialoq Forumunda İranla əlaqələrin möhkəmləndirilməsinin zəruriliyindən danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə "IRNA" məlumat yayıb.

Forumda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Bakı regional əməkdaşlığın, xüsusilə iqtisadi sahədə genişləndirilməsinin tərəfdarıdır.

Onun sözlərinə görə, Azərbaycan və İran iqtisadi əməkdaşlığa malik olmalı və ikitərəfli münasibətləri gücləndirməlidir.

Siyasətçi əlavə edib ki, Bakı çoxtərəfli formatların inkişafını dəstəkləyir.

“Avrasiya məkanında biz əlverişli mövqedəyik: bizdə Türkiyə, Rusiya və İran var. Biz çoxtərəfli əməkdaşlığı dəstəkləyirik və İslam Əməkdaşlıq Təşkilatına əhəmiyyət veririk, çünki həmrəylik prinsipi bizim üçün vacibdir. Bizim Qara dənizlə əlaqəmiz var və biz bundan istifadə edə bilərik. Biz birlikdə tərəfdaşlıq modelləri yarada və inkişaf etdirə bilərik”.

Ermənistanla sülh sazişi perspektivlərinə toxunan Prezidentin köməkçisi bildirib:

“İndi sülh üçün ən yaxşı və ən sabit zamandır. Biz yaxşı nəticələr əldə etmişik və mövzuların sərhədlərini müəyyən etmişik. İşğal vasitəsilə sərhədlər müəyyən edilmir. Azərbaycan Ermənistan Konstitusiyasından ərazi iddialarına aid bəndlərin çıxarılmasında israr edir. Əgər Ermənistan konstitusiyasında Azərbaycana təhdid yaradan müddəalar varsa, onlar çıxarılmalıdır".

Hikmət Hacıyev həmçinin “xarici qüvvələrin öz baxışlarını qəbul etdirməyə çalışdıqlarını” qeyd edərək Bakı ilə İrəvanın “sabitliyə gedən yolu” özlərinin müəyyən etməli olduqlarını vurğulayıb.

Xatırladaq ki, Hikmət Hacıyev Tehran Dialoq Forumunda iştirak etmək üçün İranda səfərdədir.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər