GUAM-ın Baş katibi İlham Əliyevi təbrik etdi

GUAM-ın Baş katibi İlham Əliyevi təbrik etdi
28.05.2025 14:04 Xarici siyasət

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

TodayPress TV xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

28 May - Müstəqillik Günü münasibətilə Sizə və Sizin şəxsinizdə Azərbaycan xalqına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın Beynəlxalq Katibliyi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi çatdırıram.

Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd edən müasir Azərbaycan Respublikası Cümhuriyyətin ideallarına sadiq qalaraq bütün azərbaycanlıların müstəqillik, suverenlik, tərəqqi, milli kimliyin qorunub saxlanılması kimi arzularını reallaşdırdı və onun tamhüquqlu varisi olduğunu sübut etdi.

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çox ciddi problemlərlə üzləşmişdi. Azərbaycan xalqı etnik münaqişələrin yaradılması, separatçı hərəkatlar, dövlət çevrilişi cəhdləri, torpaqlarının beşdəbir hissəsinin işğalı, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi çətinliklərlə üz-üzə qalmışdı. Xalqın taleyi və gələcəyi təhlükə altında idi. Məhz Ümummilli Lider Heydər Əliyevin güclü siyasi iradəsi, qətiyyətli liderliyi, müdrikliyi, strateji uzaqgörənliyi və xalqın ona dəstəyi bütün bu çətinliklərin öhdəsindən gəlməyə, ölkənin dirçəlişinə imkan yaratdı.

Cənab Prezident, son iki onillikdə Sizin rəhbərliyinizlə Azərbaycan mühüm uğurlara imza atmışdır, xüsusilə də ötən beş il ərzində böyük zəfərlər qazanılmış, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bu gün Azərbaycan xalqı heç vaxt olmadığı qədər güclü, qürurlu, daha parlaq gələcəyə inamla baxan bir xalqdır. Bütün ölkə ərazisində, o cümlədən azad edilmiş torpaqlarda misli görünməmiş bərpa və yenidənqurma işləri uğurla həyata keçirilir. Dinamik və inkişaf edən iqtisadiyyata malik Azərbaycan mühüm layihə və təşəbbüslər irəli sürüb həyata keçirməklə regional inkişaf və beynəlxalq əməkdaşlıq üçün mühərrik rolunu oynayır.

Getdikcə daha vacib regional və beynəlxalq aktora çevrilən, dünyada nüfuzu artan Azərbaycan Qoşulmama Hərəkatı, COP və digər bu kimi beynəlxalq təşkilatlarda, platformalarda liderliyi ilə sülhün, təhlükəsizliyin və dialoqun tərəfdarıdır. Beynəlxalq münasibətlər sisteminin hazırkı böhranlı vəziyyətində, beynəlxalq hüququn pozulduğu bir vaxtda Azərbaycan nümunəvi rol oynayaraq irili-xırdalı bütün xalqlar üçün dinc yanaşı yaşamağın norma və prinsiplərinə əsaslanan ədalətli dünyanın tərəfdarıdır.

Biz Azərbaycanın dost xalqlarımız və strateji tərəfdaşlarımız arasında regional əməkdaşlığın qurulmasında praqmatik, praktiki və nəticəyönümlü yanaşmaya önəm verməsi ilə GUAM-ın təsisçi üzvü kimi rolunu yüksək qiymətləndiririk. Qəti şəkildə inanırıq ki, GUAM sülh, təhlükəsizlik və əməkdaşlığın təşviqi üçün nadir və səmərəli regional platformadır. Strateji əhəmiyyəti getdikcə artan bu regionda qarşılıqlı faydalı əməkdaşlığımızın daha da gücləndirilməsini səbirsizliklə gözləyirik.

Zati-aliləri, bu bayram münasibətilə Sizə ölkənin daha da inkişaf etdirilməsi, müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayırıq".

XƏBƏR LENTİ
31 IYUL 2026
Kiprdə SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Bütün Xəbərlər