General itkin düşmüş şəxslərin sayını açıqladı

General itkin düşmüş şəxslərin sayını açıqladı
30.06.2026 10:36 Xarici siyasət

Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-leytenant Şərafət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, bu günədək aparılan axtarış və identifikasiya işləri nəticəsində 893 nəfərə aid insan qalıqları aşkar edilərək ekshumasiya olunub:

"Onlardan 327 nəfərin şəxsiyyəti DNT və məhkəmə-tibb ekspertizası vasitəsilə müəyyən edilib, 226 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub".

Hazırda 3 683 nəfər hələ də itkin hesab olunur.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 542 donordan bioloji nümunələr toplanıb sistemləşdirilib.

Ş.Həsənov bildirib ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir.

General əlavə edib ki, Azərbaycanda Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar qeydiyyata alınmış itkin düşmüş şəxslərin ümumi sayı 4 010 nəfər təşkil edir.

Onun sözlərinə görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsində, 6 nəfəri isə İkinci Qarabağ müharibəsində itkin düşüb:

"İtkin düşənlərin 3 222-si hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 yaşlı şəxs var".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Hesablama Palatasına yeni səlahiyyətlər veriləcək? - RƏSMİ 12:40 "Gəncə" braziliyalı voleybolçu transfer etdi 12:36 Bakının bu iki ərazisində yollar bağlanacaq 12:29 NİİM sürücülərə müraciət etdi - Piyada keçidinə yaxınlaşanda diqqətli olun! - VİDEO 12:09 “Azərbaycan əleyhinə hibrid təhdidlərə qarşı əhalinin sayıqlığının artırılması” hansı vəziyyətdədir? 12:03 Daha 6 itkin-şəhidin nəşi ailəsinə təhvil veriləcək 11:47 İraq ABŞ-yə görə İrana "müharibə" elan etdi - 30 sentyabra qədər... 11:49 Ermənistana 44 Azərbaycan vətəndaşı səfər edib - MTX 11:45 Zahid Oruc: Zəfərin ən böyük humanitar qələbəsi 30 illik əsir və itkinlik səhifəsinin bağlanmasıdır 11:41 "WhatsApp"da böyük yenilik: Telefon nömrəsini gizlədən funksiya gəlir 11:31 Azərbaycanlı pilot bıçaqla Sovet təyyarəsini Çinə qaçırdı 11:27 Rusiya yeni cəbhələr açır: Putin açıqladı 11:26 Xulio Ensiso Paraqvay millisinin tarixinə düşdü 11:17 Milli Məclisin iclası başladı: Bu məsələlər müzakirə olunacaq 11:08 Ukrayna Rusiyanın 12 rayonunu eyni anda vurdu: Bir gecədə 400-dən artıq dron... 11:04 Bu müəllimlər sertifikasiyaya cəlb edilməyəcək 10:50 “Dostlarla görüşəndə “nemetski şot” edirik” – Elmar Məmmədyarov 10:47 Hansı müəllimlər 1500-2000 manat maaş alır? Nazir rəsmi rəqəmləri açıqladı 10:39 General itkin düşmüş şəxslərin sayını açıqladı 10:36 Bu ölkə milyonlarla işçi axtarır – Azərbaycanlılar üçün həlledici ŞƏRT 10:28 Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək 10:19 İtkin düşmüş şəxslərə həsr olunan beynəlxalq konfrans keçirilir 10:13 Tələbələrin NƏZƏRİNƏ! Yerdəyişmə üzrə sənəd qəbuluna başlanılır 10:09 Azərbaycanlı tələbə Rusiyanın hava hücumu nəticəsində həlak oldu 09:57 Rusiyadakı azərbaycanlılar ölkədən köçür? – Moskvanın qorxunc qisas planı 09:47 Bütün Xəbərlər