Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşdə çıxış edib
24.09.2025 05:54 Xarici siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Qlobal İnkişaf Təşəbbüsü üzrə Yüksək Səviyyəli Görüşdə çıxış edib.

TodayPress TV xəbər verir ki, nazir çıxışında Azərbaycan ilə Çin arasında mövcud olan uzunmüddətli dostluq münasibətlərinin bu yaxınlarda hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və Azərbaycanın Çinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü, Qlobal Təhlükəsizlik Təşəbbüsü, Qlobal Sivilizasiya Təşəbbüsü və yeni elan edilmiş Qlobal İqlim Təşəbbüsünə dəstəyini bir daha ifadə edib.

Nazir qeyd edib ki, bu təşəbbüslər dünya miqyasında sülhün, sabitliyin və ortaq rifahın təşviqinə xidmət edir.

Ceyhun Bayramov, həmçinin Azərbaycanın regional əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu qeyd edərək, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, xüsusilə də Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz kimi transformativ layihələr vasitəsilə sülhə, əlaqəliliyin artırılmasına və davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırıb.


TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Bütün Xəbərlər