Baş prokuror Rumıniyada işgüzar səfərdədir

Baş prokuror Rumıniyada işgüzar səfərdədir
25.11.2025 15:04 Xarici siyasət

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyalı həmkarı Aleks Florentanın dəvəti ilə noyabrın 23-də Buxarest şəhərinə işgüzar səfərə gedib.

TodayPress TV xəbər verir ki, əvvəlcə nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Bundan sonra Rumıniyanın  Baş Prokurorluğunda görüş keçirilib.

Baş prokuror Kamran Əliyev  qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Rumıniya istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir və ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edərək strateji xarakter alıb.  

Daha sonra 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiyaya qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin, qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Aleks Florenta qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il ərzində Azərbaycana etdiyi işgüzar səfərin xüsusilə yaddaqlan olmasını qeyd edib.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Rumıniyanın Ədliyyə naziri Radu Marinesku arasında da ikitərəfli görüş keçirilib. 

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də ölkələrimizin hüquq mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazası ətrafında fikir mübadiləsi aparıblar.

Bundan sonra nümayəndə heyəti Rumıniya Parlamentinin Senatının sədr müavini Robert Cazancuiclə görüşüb. 

Senat sədrinin müavini qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu çərçivədə dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin parlamentlərarası əlaqələrin yüksək dinamikası vurğulanıb.

Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək bildirib ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin icrası ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur.  

Görüşlərdə Azərbaycan Respublikasının Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək səfirliyin heyəti ilə görüşərək iş şəraiti ilə maraqlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Bütün Xəbərlər