Bakıda Qazaxıstan–Azərbaycan münasibətləri müzakirə olundu

Bakıda Qazaxıstan–Azərbaycan münasibətləri müzakirə olundu
15.12.2025 14:52 Xarici siyasət

Müstəqillik Günü ərəfəsində Qazaxıstanın Bakıdakı Səfirliyində Qazaxıstan–Azərbaycan münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel, Azərbaycan Respublikasının Milli Məclisinin Deputatı Azər Allahverənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin Sədri Fərid Şəfiyev, Cənubi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin Direktoru Fərhad Məmmədov, “Cənubi Qafqaz” Politoloqlar Klubunun Rəhbəri İlqar Vəlizadə, Qafqaz Tarixi Mərkəzinin Direktoru Rizvan Hüseynov, STEM Analitik Mərkəzinin Direktoru Orxan Yolçuyev, “Atlas” Araşdırmalar Mərkəzinin Rəhbəri Elxan Şahinoğlu, “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin Sədri Zaur Məmmədov, diplomatlar iştirak ediblər.

Ekspertlər QR-nın Prezidenti K. Tokayevin Türk Dövlətləri Təşkilatının XII Zirvə Görüşündə iştirak etmək üçün AR-na səfərinin, eləcə də 2025-ci ilin oktyabr ayında baş tutan AR-nın Prezidenti İ. Əliyevin QR-na dövlət səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, ikitərəfli siyasi dialoqun misli görünməmiş intensivliyi bütün istiqamətlər üzrə əməkdaşlığın artmasına şərait yaradır və energetika və nəqliyyat sahələrində bir sıra birgə strateji layihələrin reallaşdırılmasına təkan verir.

Bu kontekstdə Alim Bayel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Qazaxıstan nefti və uranının Azərbaycan ərazisi ilə ixracı, tamamlanması 2026-cı ildə planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi kimi iri layihələrin əhəmiyyətini qeyd edib. Diplomat, Qazaxıstanın 2025-ci ildə ilk dəfə olaraq Azərbaycan bazarına buğdanın əsas tədarükçüsünə çevrildiyini vurğulayıb və bu uğurun möhkəmləndirilməsinə ümidvar olduğunu ifadə edib.

Səfir həmçinin 2025-ci ilin sentyabrında Qazaxıstan Dövlət Başçısının Qazaxıstan xalqına ünvanladığı müraciətin əsas tezisləri barədə azərbaycanlı ekspertləri məlumatlandırıb. Xüsusilə, diplomat qarşıdan gələn parlament islahatına və Qazaxıstanda süni intellektə verilən böyük əhəmiyyətə toxunub.

Söhbət zamanı ekspertlər Türk Dövlətləri Təşkilatının əhəmiyyətinin artdığını qeyd edib və bu təşkilata sədrliyi dövründə Azərbaycanın əsas prioritetləri ilə bağlı fikirlərini bölüşüblər. Deputat A. Allahverənov, katibliyi Bakıda yerləşəcək TDT-yə üzv ölkələrin QHT platformasının yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü qeyd edib. Öz növbəsində, Orxan Yolçuyev TDT-yə üzv ölkələrdən olan gənc alimlər və peşəkarlar üçün aviauçuşların subsidiyalaşdırılmasını təklif edib. Onun fikrincə, bu yolla qardaş ölkələr arasında mədəni-humanitar qarşılıqlı əlaqələr gücləndirilə bilər.

Azərbaycanın bu yaxınlarda Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına daxil edilməsi kontekstində Fərid Şəfiyev 2026-cı ildə C6 analitik mərkəzləri forumunun keçirilməsini təklif edib. Həmçinin analoji forumun AQEM çərçivəsində keçirilməsi də təklif olunub. Öz növbəsində, Fərhad Məmmədov Azərbaycanla Ermənistan arasında normallaşması prosesindən danışıb. Onun sözlərinə görə, Azərbaycan tərəfi 2026-cı ildə bu istiqamətdə daha da irəliləyiş gözləyir. Onun fikrincə, mühüm addımlardan biri bu yaxınlarda Qazaxıstan taxılının Azərbaycan vasitəsilə Ermənistana tədarükünün başlaması olub.

Bundan əlavə, tədbir çərçivəsində energetika və nəqliyyat-logistika əməkdaşlığı, elmi-ekspert kooperasiyası, mədəni-humanitar əlaqələr məsələləri üzrə ekspertlərin fikirləri dinlənilib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Bütün Xəbərlər