Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər

Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər
03.02.2026 15:48 Xarici siyasət

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan iki ölkənin Silahlı qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Əbu-Dabidə keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izləyiblər.

TodayPress TV xəbər verir ki, yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.

Qeyd edək ki, təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

TodayPress TV

FOTOLAR

Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 1
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 2
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 3
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 4
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 5
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 6
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 7
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 8
Azərbaycanın və BƏƏ prezidentləri “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimini izlədilər — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 Bütün Xəbərlər