Azərbaycan və Pakistan bitki xəstəliklərinə qarşı birgə mübarizə aparacaq

Azərbaycan və Pakistan bitki xəstəliklərinə qarşı birgə mübarizə aparacaq
19.05.2025 11:52 Xarici siyasət

Azərbaycan və Pakistan bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparacaq. 

TodayPress TV xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. 

Qeyd edilib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş 2025-ci il 24 fevral tarixində Pakistanın Lahor şəhərində imzalanıb.

Sazişin məqsədi bitki xəstəlikləri və zərərvericilərə qarşı birgə mübarizə aparmaq, zərərli orqanizmlərin yayılmasının qarşısını almaqla kənd təsərrüfatı məhsullarının təhlükəsiz dövriyyəsini və ərzaq təhlükəsizliyini təmin etməkdir. 

Sənəd fitosanitar nəzarətin qarşılıqlı şəkildə həyata keçirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi üçün hüquqi əsas yaradır.

Saziş eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) və Dünya Ticarət Təşkilatının Sanitariya və Fitosanitariya Sazişi (SPS Agreement) ilə tam uyğunluq təşkil edir və bu öhdəliklərin ikitərəfli çərçivədə praktiki tətbiqinə xidmət edir. 

Azərbaycan tərəfindən Sazişin icrasına məsul orqan kimi Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Pakistan tərəfindən isə Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqat Nazirliyi müəyyən edilmişdir.

Bu qurumlar məhsulların yoxlanması, fitosanitar sənədlərin hazırlanması, zərərli hallarda qarşı tərəfin məlumatlandırılması və karantin siyahılarının mübadiləsi funksiyalarını icra edirlər. 

Sazişin predmeti kənd təsərrüfatı bitkiləri, bitki mənşəli məhsullar, torpaq və qablaşdırma materialları da daxil olmaqla zərərli orqanizmlərin daşınma riski daşıyan bütün obyektlərdir.

Bu məhsullar yalnız rəsmi fitosanitar sertifikatla müşayiət olunmalı və IPPC standartlarına uyğun qablaşdırmada daşınmalıdır.

Uyğunsuzluq hallarında idxalçı tərəf məhsulu geri qaytarmaq, zərərsizləşdirmək və ya məhv etmək hüququna malikdir.

Bu prosedurlarla bağlı bütün xərclər yük sahibinə aiddir. 

Saziş, tərəflərin dövlətdaxili təsdiq prosedurlarınıbaşa vuraraq diplomatik kanallar vasitəsilə bir-birini rəsmi qaydada məlumatlandırmasından sonra qüvvəyə minir.

Sənəd 5 il müddətinə bağlanır və tərəflərdən biri ləğv etmək istəmədikdə avtomatik olaraq növbəti beşillik dövr üçün uzadılır. Hər hansı əlavə və ya dəyişiklik yalnız qarşılıqlı razılıq əsasında, protokol formasında təsdiqlənməklə mümkündür. 

Azərbaycan üçün bu Sazişin strateji əhəmiyyəti ondan ibarətdir ki, kənd təsərrüfatı məhsullarının ixracında beynəlxalq fitosanitar tələblərə cavab verilməsi zəruridir.

Bu sənəd, bir tərəfdən məhsullarımızın xarici bazarlara çıxışını asanlaşdırır, digər tərəfdən isə ölkəyə idxal edilən məhsullarla zərərli orqanizmlərin daxilolma riskinin qarşısını almaq üçün effektiv hüquqi mexanizm yaradır.

Beləliklə, Saziş həm iqtisadi maraqların qorunmasına, həm də biosanitar təhlükəsizliyin təmin edilməsinə xidmət edən mühüm normativ sənəddir.

XƏBƏR LENTİ
31 IYUL 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bütün Xəbərlər