Azərbaycan və Albaniya Korçanın qazlaşdırılmasının tarif aspektlərini müzakirə etdi

Azərbaycan və Albaniya Korçanın qazlaşdırılmasının tarif aspektlərini müzakirə etdi
23.10.2025 02:22 Xarici siyasət

Albaniyanın "Albgaz" qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniya Enerji Tənzimləmə Təşkilatının (ERE) ofisində Korça şəhərinin qazlaşdırma layihəsinin – "Nur" layihəsinin gedişatını müzakirə ediblər.

TodayPress TV Albaniya şirkətinə istinadən xəbər verir ki, görüş zamanı şəhərin qazlaşdırılması prosesini təşviqinə yönəlmiş tənzimləmə, lisenziyalaşdırma və tarif məsələləri də müzakirə olunub.

"Belə institusional əməkdaşlıq ölkədə təbii qaz infrastrukturunun daha da inkişafı, dayanıqlı və inteqrasiya olunmuş enerji bazarının təmin edilməsi istiqamətində mühüm addımdır", - şirkətin açıqlamasında deyilir.

Xatırladaq ki, 2024-cü ilin noyabrında Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, "Albgaz" şirkəti və SOCAR arasında Korçada qaz infrastrukturunun inkişafına dair əməkdaşlıq memorandumu imzalanıb. Qaz infrastrukturunun tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

2025-ci il fevralın 10-da SOCAR Albaniyada ölkənin infrastrukturunun inkişafı üçün strateji əhəmiyyətli olan və pilot qazlaşdırma layihəsinin həyata keçirilməsi üçün başlanğıc nöqtəsi kimi xidmət edəcək nümayəndəliyini açıb.

Layihənin təqdimatı aprelin 19-da Albaniyada baş tutub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 SON DƏQİQƏ: İran Ali Təhlükəsizlik və Müdafiə şurasının hazırda iclası keçirilir 22:44 TƏCİLİ: İran hava məkanın bağladı -FOTO 22:38 Argentina hökumətindən görünməmiş qərar: 13 min azarkeş hədəfdə 20:32 Ermənistanda ŞOK: Köçəryanın hava limanında qarşısı kəsilib 22:17 Avropa Liqası: Qadın voleybolçulardan ibarət millimiz İspaniyaya məğlub oldu 22:09 Bütün Xəbərlər