Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək
03.06.2026 18:15 Xarici siyasət

Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclası bu ilin payızında Ukraynada keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın baş nazir müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşün yekunlarına dair "X" sosial şəbəkəsində yazıb.

"Gündəlikdəki məsələlər arasında bərə daşımalarının inkişafı, ərzaq məhsulları ticarətinin genişləndirilməsi, təhsil və elm sahəsində əməkdaşlıq, innovasiya və texnologiyaların birgə inkişafı yer alır", - deyə məlumatda bildirilib.

Şmıqal qeyd edib ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında energetika sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi müzakirə olunub.

Tərəflər, həmçinin enerji daşıyıcılarının nəqli marşrutlarının, o cümlədən Ukrayna infrastrukturundan istifadə etməklə Avropa İttifaqı ölkələrinə doğru inkişaf perspektivlərini nəzərdən keçiriblər.

Baş nazirin müavininin sözlərinə görə, ötən il Azərbaycan qazının Ukraynaya sınaq məqsədli tədarükü regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Trans-Balkan marşrutunun potensialını təsdiqləyib.

"Həmçinin Rusiya hücumları nəticəsində zədələnmiş Ukrayna enerji infrastrukturunun bərpası və dayanıqlığının artırılması məsələlərini müzakirə etdik. Azərbaycan biznesi Ukrayna layihələrinə sərmayə qoymağa hazırdır. Biz ona hərtərəfli dəstək göstərməyə hazırıq", - deyə o qeyd edib.

Şmıqal həmçinin ölkənin enerji sektoruna verdiyi dəstəyə və göstərilən humanitar yardıma görə Azərbaycana minnətdarlığını bildirib:

"Təqdim edilən avadanlıq və humanitar yardım bizə ən çətin dövrləri arxada qoymağa kömək etdi".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Bütün Xəbərlər