Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə etdi

Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə etdi
19.08.2025 10:51 Xarici siyasət

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib.

TodayPress TV xəbər verir ki, bu barədə Səfirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.

Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə E.Vahome WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə keçirilmiş görüşlərə istinad edib.

Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd ediblər.

Səfir nazirə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək III Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında da məlumat verib və onu tədbirə dəvət edib.

FOTOLAR

Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə etdi — 1
Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə etdi — 2
Azərbaycan səfiri keniyalı nazirlə əməkdaşlıq perspektivlərini müzakirə etdi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
SON DƏQİQƏ: İran hava məkanına daxil olan PUA vuruldu 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 Bütün Xəbərlər