Azərbaycan-Qırğızıstan Hökümətlərarası Komissiyasının 6-cı iclası keçirildi

Azərbaycan-Qırğızıstan Hökümətlərarası Komissiyasının 6-cı iclası keçirildi
08.12.2025 14:15 Xarici siyasət

Bu gün Bakıda Azərbaycan və Qırğızıstan arasında iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın 6-cı iclası keçirilib.

TodayPress TV bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, Baş nazirin müavini, Komissiyasının Azərbaycan tərəfdən həmsədri Samir Şərifovun və qarşı tərəfin Nazirlər Kabineti sədrinin müavini, Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayevin sədrlik etdikləri iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Əvvəlcə Hökumıtlərarası Komissiyanın həmsədrlərinin ikitərəfli görüşü keçirilib, daha sonra müzakirələr Komissiyanın 6-cı iclasında, geniş tərkibdə davam etdirilib.

Tərəflər qardaş və dost xalqlarımızı birləşdirən tarixi-mədəni bağlara, iki ölkə prezidentləri – İlham Əliyev və Sadır Japarov arasında mövcud olan mütəmadi siyasi dialoqun və qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində həlledici rol oynadığını vurğulayıblar.

Qeyd olunub ki, 2024-2029-cu illəri əhatə edən əməkdaşlıq proqramı ikitərəfli münasibətlərin sistemli şəkildə genişləndirilməsi üçün əsas yol xəritəsi rolunu oynayır.

Son dövrdə ticarət dövriyyəsində artım müşahidə olunur, 2025-ci ilin ilk 10 ayı ərzində ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 94 %-dən çox artıb.

İclas zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin şaxələndirilməsi və işgüzar dairələr arasında əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra əhəmiyyətli razılaşmalar əldə edilib. Tərəflər Qırğızıstan ərazisində ticarət-logistika mərkəzinin yaradılması imkanlarının araşdırılmasını, biznes missiyalarının təşkili və məlumat mübadiləsinin gücləndirilməsini, həmçinin COP29 çərçivəsində irəli sürülmüş "Yaşıl keçid" təşəbbüslərində əməkdaşlığı müzakirə ediblər.

Habelə, investisiya və sənaye sahələrində də mühüm əməkdaşlıq istiqamətləri müəyyən olunub.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun fəaliyyəti yüksək qiymətləndirilib, birgə investisiya layihələrinin genişləndirilməsi, AZPROMO ilə Qırğızıstan Ticarət-Sənaye Palatası arasında Azərbaycan-Qırğızıstan Biznes Şurasının yaradılması, İssık-Kul gölü sahilində beşulduzlu otel tikintisinin dəstəklənməsi, həmçinin kurort şəhərinin yaradılması layihəsinin nəzərdən keçirilməsi kimi məsələlər razılaşdırılıb.

Sənaye zonaları və azad iqtisadi zonalar üzrə təcrübə mübadiləsinin təşkil olunması da tərəflərin diqqət mərkəzində olub.

Turizm sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə turizm şirkətlərinin əlaqələndirilməsi, birgə turpaketlərin hazırlanması, sərgi və festivallar üzrə məlumat mübadiləsi, sağlamlıq turizmi üzrə əməkdaşlıq kimi istiqamətlər müəyyən edilib. Bakı-Bişkek-Bakı hava reyslərinin turizm axınına müsbət təsiri xüsusi vurğulanıb.

Kənd təsərrüfatı sahəsində tərəflər virussuz tinglərin istehsalı üzrə təcrübə mübadiləsi, intensiv balıqçılıq, balıqçılıq və akvakultura sahəsində birgə təlimlər, baytarlıq və fitosanitar nəzarəti üzrə əməkdaşlığın genişləndirilməsi, damazlıq heyvanların ticarəti və aqrosığorta sistemlərinin inkişafı kimi geniş spektrli fəaliyyət istiqamətlərini razılaşdırıblar.

Enerji sahəsində "2024-2025-ci illər üzrə Yol Xəritəsi"nin icrası, SOCAR-la Qırğızstannefteqaz arasında əməkdaşlığın genişləndirilməsi, Qırğızıstanın "Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsində iştirakı kimi məsələlər üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi dair razılıq əldə olunub.

Nəqliyyat sahəsində isə tərəflər Orta Dəhlizin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin region üçün perspektivləri, Bakı limanının imkanlarından istifadə və tranzit keçidlərin artırılması məsələlərini müzakirə ediblər.

Humanitar və təhsil sahəsində, universitetlər arasında əməkdaşlıq, tələbələr üçün illik təqaüd kvotaları, "Study in Azerbaijan" proqramında iştirak, müəllim müdadiləsi, dil mərkəzlərinin yaradılması, akademik araşdırmaların birgə təşkili və kitabxanalararası virtual platformaların yaradılması müzakirə edilib.

İclasda həmçinin ekologiya, rəqəmsal inkişaf, kiber-təhlükəsizlik, səhiyyə, sosial təminat, dövlət xidmətləri, memarlıq və şəhərsalma, eləcə də bank sektoru üzrə əməkdaşllq məsələləri müzakirə olunmuş və yeni istiqamətlər müəyyən edilib.

Tərəflər bütün sahələrdə qarşılıqlı etimada əsaslanan, dostluq və qardaşllq ruhunda inkişaf edən münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Komissiyanın 7-ci iclasının Qırğızıstanda keçirilməsi barədə razılıq əldə olunub və tarixlərin diplomatik kanallar vasitəsilə müəyyən ediləcəyi bildirilib. Sonda S.Şərifov və B.Torobayev iclasın Protokolunu imzalayıblar.

İclasdan sonra qırğız qonaqlar Kosmik Agentliyin fəaliyyəti ilə tanış olmaq üçün "Azərkosmos"a gediblər. Sabah isə onlar "Bakı Gəmiqayırma Zavodu" MMC-nin və Heydər Əliyev adına Neft emalı zavodlarının işi ilə də tanış olacaq.

Ötən gün isə qırğız nümayəndə heyəti Sumqayıt sənaye parkındakı İstifadə olunmuş mühərrik və sənaye yağlarının emalı və baza yağlarının istehsalı zavodu ilə tanış olub.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” – Paşinyanın xanımı təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Rusiya təyyarəsi vuruldu, səfir öldürüldü – Baş nazirin dəhşətli əmri 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 Bütün Xəbərlər