Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi
11.07.2025 11:42 Xarici siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Mariam Kvrivişviliyə nazir təyin olunması münasibətilə təbriklərini çatdıraraq, onun vəzifəsinin icrasına başlamasından qısa müddət sonra ölkəmizə səfərini sıx əməkdaşlığımızın göstəricisi kimi qiymətləndirdi.

Qonaqpərvərliyə və təbriklərə görə minnnətdarlığını bildirən Mariam Kvrivişvili dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiyini dedi.

Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra İrakli Kobaxidzenin bu ilin yanvarında ilk xarici səfərini ölkəmizə etməsini məmnunluqla xatırlayaraq, bunun Azərbaycanla Gürcüstan arasında dostluğun və qardaşlığın nümunəsi olduğunu dedi.

Prezident İlham Əliyevin qlobal lider olduğunu vurğulayan Mariam Kvrivişvili dövlətimizin başçısının Gürcüstanda dost kimi qəbul olunduğunu qeyd etdi.

Söhbət zamanı müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrimizin geniş gündəliyinin olduğu vurğulandı, Azərbaycanla Gürcüstan arasında enerji və nəqliyyat sahələrində qurulmuş əməkdaşlığın və həyata keçirilən birgə layihələrin yalnız ölkələrimiz deyil, daha geniş region üçün strateji əhəmiyyət kəsb etdiyi qeyd olundu. Bağlantı, enerji, ticarət, sərmayələr və digər sahələrdə ikitərəfli və çoxtərəfli formatda daha sıx əməkdaşlıq həyata keçirilməsinin önəminə toxunularaq, müxtəlif istiqamətlərdə münasibətlərimizin genişlənəcəyinə ümidvarlıq bildirdi.

Görüşdə Azərbaycanın Gürcüstanın əsas ticarət tərəfdaş olduğunu vurğulandı, ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın mövcudluğuna toxunuldu, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi — 1
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi — 2
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul etdi — 3
XƏBƏR LENTİ
30 IYUL 2026
Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 Bütün Xəbərlər