Azərbaycan ilə Türkmənistan arasında simpozium keçirildi

Azərbaycan ilə Türkmənistan arasında simpozium keçirildi
18.06.2025 13:27 Xarici siyasət

18.06.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik simpozium keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə Azərbaycan və Türkmənistanın Xarici İşlər Nazirliklərinin yüksək səviyyəli rəsmiləri, deputatlar, diplomatik korpus nümayəndələri və beyin mərkəzlərinin təmsilçiləri  iştirak edib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Azərbaycan və Türkmənistan arasında mövcud münasibətlərin yüksək səviyyədə olduğunu və getdikcə inkişaf etdiyini bildirib.

Fərid Şəfiyev qeyd edib ki, ortaq tarix, mədəni irs və dəyərləri paylaşan iki dost ölkənin əməkdaşlıqları enerji, nəqliyyat-logistika, humanitar və beynəlxalq diplomatiya sahələrində yeni mərhələyə qədəm qoyub.

"Hazırda ikitərəfli əlaqələr müsbət istiqamətdə inkişaf edir. Oktyabrda Türk Dövlətləri Təşkilatının (TDT) Bakıda Zirvəsi keçiriləcək. Bu tədbir çərçivəsində ənənəvi olaraq beyin mərkəzlərinin forumu keçirilir.Türkmənistandan olan həmkarlarımızı bu tədbirlərdə görməkdən məmnun olarıq”.

Diplomat çıxışında xüsusilə Transxəzər əməkdaşlığı, “Dostluq” yatağının birgə işlənməsi, Bakı-Türkmənbaşı nəqliyyat marşrutları  kimi konkret nümunələrə toxunub, bu layihələrin təkcə ikitərəfli deyil, həmçinin regional sabitlik və iqtisadi inteqrasiya baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Türk dünyası ilə siyasi dialoqun intensivləşdirilməsinin Azərbaycan xarici siyasətinin prioritetlərindən olduğunu deyən xarici işlər nazirinin müavini Samir Şərifov qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq yalnız ikitərəfli formatla məhdudlaşmır, eyni zamanda regional və beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərir. Xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq  (İƏT) kimi platformalarda iki ölkə bir-birini dəstəkləyir və ortaq mövqedən çıxış edirlər.

 “Mərkəzi Asiya ölkələri Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmiş və bu, siyasi əlaqələrimizdə əsas amillərdən birinə çevrilmişdir. Eyni zamanda, iqtisadi əməkdaşlığımız da dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan və Türkmənistan arasında qarşılıqlı ticarət münasibətləri genişlənir, nəqliyyat-logistika sahəsində əməkdaşlıq güclənir. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurub. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin Məşvərət toplantılarında fəxri qonaq qismində iştirakı region ölkələri ilə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisidir”,-deyə nazir müavini vurğulayıb.

Samir Şərifov bildirib, iki ölkə liderinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkmənistan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

“2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bu münasibətlərin əsasını təşkil edir. Hökumətlərarası komissiyanın müntəzəm fəaliyyəti ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsinə mühüm töhfə verir”.

Samir Şərifov çıxışında, həmçinin Transxəzər əməkdaşlığı, enerji təhlükəsizliyi, yaşıl enerji keçidi kimi sahələrdə potensialın geniş olduğunu vurğulayıb.

Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov bildirib ki, Türkmənistanın beynəlxalq əməkdaşlıq siyasətinin əsas istiqamətlərindən biri də qardaş Azərbaycan Respublikası ilə əlaqələrin ardıcıl şəkildə möhkəmləndirilməsidir:

“Ölkələrimiz arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat-logistika, neft-qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycanın beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləməsi faktını yüksək qiymətləndiririk. Azərbaycan bizim üçün qardaş ölkədir, qardaş xalqdır və biz bütün mövcud potensialdan istifadə edərək əlaqələrimizi ardıcıl olaraq gücləndirəcəyik”.

Səfir əlavə edib ki, cari geosiyasi şəraitdə bitərəf dövlət olaraq Türkmənistan mövcud böhrandan çıxış yolu kimi beynəlxalq səylərin birləşdirilməsi və bunun üçün uyğun siyasi-diplomatik imkanların formalaşdırılması istiqamətində tədbirlərin görülməsinin tərəfdarıdır:

“Buna əsaslanaraq, BMT-nin Baş Assambleyasının 78-ci sessiyası zamanı Türkmənistan “2025 - Beynəlxalq Sülh və Etimad İli” adlı qətnamənin təşəbbüskarı olub və 86 dövlətin həmmüəllifliyi ilə qəbul edilib”.

Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyevin sözlərinə görə, son 30 ilin təcrübəsi göstərir ki, Türkmənistanın neytrallığı sadəcə xarici siyasət aləti deyil, daha sabit, ədalətli və harmonik dünya üçün fəal töhfə və nümunədir.

“Türkmənistanın neytrallığı sadəcə bloklarda iştirakdan imtina deyil, həm də dayanıqlı inkişaf və tərəfdaşlıq üçün şərait yaratmağa yönəlmiş səydir. Bu kontekstdə ölkənin əsas təşəbbüslərini qeyd etmək yerinə düşər: Xəzər dənizinin hüquqi statusunun həllinə dəstək göstərilməsi, Mərkəzi Asiyada nüvə silahından azad zona yaradılmasının dəstəklənməsi, TAPI (Türkmənistan — Əfqanıstan — Pakistan — Hindistan) qaz kəmərinin irəlilədilməsi”.

Ş. Şiriyevin sözlərinə görə, Türkmənistan Azərbaycan kimi Transxəzər marşrutu, həmçinin “Şimal–Cənub” və “Şərq–Qərb” istiqamətləri daxil olmaqla, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir.

O bildirdi ki, Türkmənistan öz neytral statusuna qəti şəkildə sadiqdir və onu fəal xarici siyasət, diplomatiya və humanitar fəaliyyət üçün əsas kimi istifadə edir:

“Bunlardan biri Əfqanıstana çətin zamanlarda göstərilən humanitar yardımdır. 1998–2001-ci illərdə Əfqanıstanda quraqlıq və ağır humanitar şərait hökm sürərkən, Türkmənistan digər ölkələrdən fərqli olaraq sərhədlərini bağlamadı, əksinə, humanitar körpüyə çevrildi. İmamnazar və Sərhətabat keçid məntəqələri vasitəsilə, o cümlədən Ümumdünya Qida Proqramının dəstəyi ilə yardım çatdırılırdı”,-deyə o əlavə edib.

Daha sonra birinci paneldə Azərbaycan-Türkmənistan çoxşaxəli əməkdaşlığı müxtəlif aspektlərdən təhlil olundu. Milli Məclisin deputatı, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev və BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlı çıxış edərək Xəzər regionunda nəqliyyat dəhlizləri, enerji resurslarının birgə istifadəsi və mədəni-humanitar əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşdülər.

“Türkmənistanın daimi neytrallıq statusu sülh, regional və qlobal miqyasda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün təsirli bir vasitə kimi” başlığı ilə keçirilən ikinci paneldə BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev, Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Fərhad Məmmədov və politoloq, tarixçi və televiziya aparıcısı Teymur Atayev neytrallıq konsepsiyasının beynəlxalq hüquq və diplomatiya kontekstində əhəmiyyətini izah etdilər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşdı.

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər