Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu
25.02.2026 22:10 Xarici siyasət

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb.


TodayPress TV xəbər verir ki, görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. 


Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək, Malayziya şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiq dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb. 


J.Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.


Həmçinin, görüşdə Azərbaycanın cari ildə bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.


TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Bütün Xəbərlər