Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı
30.05.2025 11:26 Xarici siyasət

Pekində Heydər Əliyev Fondu və Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında mövcud əməkdaşlıq, gələcək layihələr üzrə müzakirələr aparılıb.     

TodayPress TV xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminlə görüşündə iki qurum arasındakı əlaqələr, dövlətlərarası və xalqlararası münasibətlərin inkişafı istiqamətindəki layihələr müzakirə edilib.     

Ötən il Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Yan Vanmin Azərbaycanın bu günə qədər böyük inkişaf yolu keçdiyini, bütün bunların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edildiyini vurğulayıb.     

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun iki ölkə arasında layihələrin genişlənməsində, o cümlədən Azərbaycanın bir sıra regionlarında gənclərin iştirakı ilə forumlarım təşkil olunmasında maraqlı olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da Heydər Əliyev Fondu ilə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında qurulmuş tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinin dəstəkləndiyini xatırladıb.

Bu çərçivədə gələcəkdə əməkdaşlıq ediləcək sahələr və reallaşdırılacaq layihələr bir daha nəzərdən keçirilib.     

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycan-Çin dostluğunun genişlənməsində böyük rol oynadığı qeyd olunub.

Heydər Əliyev Fondu ilə Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ildə imzalanan dostluq və əməkdaşlıq haqqında Memorandum çərçivəsində ötən müddət ərzində bir sıra tədbirlərin həyata keçirildiyi, 2023-cü ildə Pekində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinin, o cümlədən mədəniyyət, təhsil və gənclər siyasəti üzrə bir sıra tədbirlərin təşkil olunduğu xatırladılıb.     

Görüşdə təhsil, turizm sahələrində və gənclərin hərtərəfli inkişafı baxımından gələcək layihələr müzakirə edilib. İyul ayında Çində təşkil olunacaq Gənclər Forumunda Azərbaycandan bir qrup gəncin iştirakı məsələsi diqqətə çatdırılıb.     

Görüş zamanı Heydər Əliyev FondununÇin-Azərbaycan dostluq münasibətlərinə verdiyi müstəsna töhfələr nəzərə alınaraq Fondun icraçı direktoru Anar Ələkbərov “Xalqlar dostluğu səfiri” mükafatı ilə təltif olunub.     

Qeyd edək ki, Çin Xalq Respublikasına səfər çərçivəsində bu ölkənin dövlət rəsmiləri bir sıra görüşlər nəzərdə tutulub. 

FOTOLAR

Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 1
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 2
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 3
Azərbaycan-Çin əməkdaşlığının genişləndirilməsi üzrə müzakirələr aparıldı — 4
XƏBƏR LENTİ
15 IYUN 2026
Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Vatikanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfəri başlayır 21:16 Arda Turan Ukraynada ilin məşqçisi seçildi 18:33 Bütün Xəbərlər