Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi

Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi
28.04.2026 12:34 Xarici siyasət

Ötən həftə ABŞ-nin Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu çərçivəsində İslam Əməkdaşlığı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) dəstəyi ilə “Süni intellektin inkişafında gənclərin rolu və gələcəyin formalaşdırılması” mövzusunda maraqlı yan tədbir keçirilib.

TodayPress TV xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ICYF-ERC və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (NAM YO) birgə tərəfdaşlığı ilə baş tutub.

Bu strateji əməkdaşlıq inklüziv innovasiyaların təşviqi və xüsusilə, inkişaf etməkdə olan ölkələrdə rəqəmsal maneələrin aradan qaldırılmasında beynəlxalq tərəfdaşlığın vacibliyinə yönəlib. Böyük marağa səbəb olan bu tədbir gənc liderlər, ictimai xadimlər və ekspertlər üçün yeni nəslin süni intellektə əsaslanan qlobal mühitdə necə öncüllük edə biləcəyini araşdırmaq məqsədilə dinamik platforma rolunu oynayıb.

Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Biotibbi Mühəndislik İnstitutunun (ATU) tanınmış ekspertləri müzakirələrə rəhbərlik edərək aşağıdakı mühüm mövzulardan bəhs ediblər:

Süni intellektin inkişafında gənclərin liderliyi;

Potensialın artırılması və rəqəmsal bacarıqların tədrisi;

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üçün qlobal tərəfdaşlığın gücləndirilməsi;

Məsuliyyətli və etik süni intellekt həllərinin yaradılması.

Tədbirin əsas məqamlarından biri də İƏGF Avrasiya Regional Mərkəzinin Baş direktorunun müavini Ramin Həbibzadənin təqdim etdiyi "Beynəlxalq Gənclər üçün Sİ Müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəhərlərin gələcəyi" layihəsi olub. Mərkəz tərəfindən irəli sürülən bu təşəbbüs gələn ay Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) gənclərin genişmiqyaslı iştirakının təmin edilməsi məqsədilə hazırlanıb. Həm tədbir, həm də müsabiqə Mərkəzin gənclərin süni intellekt texnologiyalarına yiyələnməsini nəzərdə tutan 2026-cı il proqramının bir hissəsidir.

Tədbir tərəfdaşları rəqəmsal transformasiyanın dayanıqlı inkişaf və qlobal tərəqqi üçün katalizator rolunu oynadığı bir gələcəyi təmin etmək naminə gənclərin texnologiyanın fəal qurucularına çevrilməsi istiqamətində ortaq hədəflərini ifadə ediblər.

TodayPress TV

FOTOLAR

Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi — 1
Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi — 2
Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi — 3
Azərbaycan, Avrasiya regionu gənclərinin süni intellekt sahəsində inkişafına BMT-də dəstək verdi — 4
XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər