Asiya Ombudsman Assosiasiyasının İdarə Heyətinin 26-cı və Baş Assambleyasının 18-ci toplantısı keçirildi

Asiya Ombudsman Assosiasiyasının İdarə Heyətinin 26-cı və Baş Assambleyasının 18-ci toplantısı keçirildi
10.09.2025 12:13 Xarici siyasət

Çin Xalq Respublikasının Nankin şəhərində Çinin Milli Nəzarət Komissiyasının və Asiya Ombudsman Assosiasiyasının (AOA) təşkilatçılığı ilə qurumun İdarə Heyətinin 26-cı və Baş Assambleyasının 18-ci toplantısı keçirilib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AOA-nın vitse-prezidenti qismində sözügedən tədbirlərdə iştirak edib. 

TodayPress TV xəbər verir ki, toplantı zamanı Assosiasiyanın 2024-2025-ci illər üzrə fəaliyyətinə dair hesabat, o cümlədən audit hesabatı təsdiqlənib, həmçinin 2025-2026-cı illər üçün tədbirlər planı müzakirə olunub.

İdarə Heyətinin növbəti 27-ci iclasının Honq Konqda keçirilməsi barədə qərar qəbul olunub. Assosiasiyanın İcraçı katibi Azərbaycan Ombudsman təsisatının aktiv fəaliyyətini vurğulayaraq, Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən təlim və vebinarların üzv təsisatlar arasında təcrübə mübadiləsinə, həmçinin insan hüquqlarının spesifik istiqamətləri üzrə bacarıqların inkişaf etdirilməsinə xüsusi töhfə verdiyini bildirib. O, həmçinin Azərbaycan Ombudsmanının Assosiasiyanın İslamabadda yerləşən Resurs Mərkəzinə ziyarətini xatırlayaraq, Səbinə Əliyevanın təşəbbüsü ilə icra olunan layihələrin regional əməkdaşlığın gücləndirilməsində xüsusi rolu olduğunu bildirib.

Azərbaycan Respublikasının İnsan  Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva regionda insan hüquqlarının müdafiəsi və təşviqi baxımından Asiya Ombudsman Assosiasiyasının mühüm platforma olduğunu diqqətə çatdıraraq, təşkilat  çərçivəsində həyata keçirilən fəaliyyətlərdə gələcəkdə də aktiv iştirakın davam etdiriləcəyini bildirib, xüsusilə də əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, ayrı-seçkiliyin qarşısının alınması və korrupsiya ilə mübarizə sahələrində qabaqcıl təcrübələrin paylaşılması üçün birgə təşəbbüslərin və vebinarların əhəmiyyətini vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Bütün Xəbərlər