Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"

Vens: "İranın nüvə silahı əldə etməsi qəbulolunmazdır"
14.04.2026 23:10

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens İranın danışıqlarda çətin tərəf olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

"Mən İranın nüvə silahına sahib olmaması faktı ilə bağlı Prezident Donald Trampla 100 faiz razıyam. Son bir neçə gündə apardığımız danışıqlarda gördüm ki, onlar müzakirələrdə çətin tərəfdaşlardır. Lakin onlar mahiyyət etibarilə elə insanlardır ki, nüvə silahına sahib olmaları bütün dünya üçün dəhşətli nəticələrə səbəb ola bilər", - Vens bildirib.

Cey. Di. Vens qeyd edib ki, İranın nüvə silahına sahib olması ağır fəsadlara gətirib çıxara bilər.

"Əgər onlar hazırda bütün dünyaya qarşı iqtisadi terrorçuluqla məşğul olmaqda istəklidirlərsə, Tehranın nüvə bombasına sahib olmasına nə demək olar? Bu halda hansı rıçaqlara sahib olarlar? Bu, nə bizim üçün, nə də başqası üçün qəbulolunmaz bir nəticədir. Ona görə də mən prezidentin buradakı məqsədlərini 100 faiz dəstəkləyirəm: yəni İranın nüvə silahına sahib olmasının qarşısını almaq və müharibənin ən qorxulu silahlarını iranlıların əlindən uzaq tutmaq!" - deyə ABŞ vitse-prezidenti fikirlərini yekunlaşdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
Astronomiya aləmində sensasiya: 12,5 milyard illik gizli sistem üzə çıxdı! 12:21 NATO Belarus sərhədinə yaxınlaşır: Litvada 40 milyon avroluq düşərgə 11:59 Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verdi 11:58 Trampın gizlətdiyi böyük plan ortaya çıxdı: Hər gecə 10 milyon barel neft necə daşınır? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu, səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 Bütün Xəbərlər