Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir

Ağ Ev İrana qarşı yeni hərbi ssenariləri nəzərdən keçirir
29.01.2026 14:09

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni böyük zərbə endirməyi düşünür. 

TodayPress TV xəbər verir ki, bu barədə “CNN” mənbələrə istinadən məlumat yayıb. 

ABŞ lideri bu qərarı Vaşinqton və Tehran arasında ölkənin nüvə proqramının və ballistik raket istehsalının məhdudlaşdırılması ilə bağlı ilkin danışıqların nəticə verməməsindən sonra nəzərdən keçirib.

Bildirilib ki, Ağ Ev etirazları yatırmaqda və etirazçıları öldürməkdə məsul hesab etdiyi İran liderlərinə və təhlükəsizlik qüvvələrinə qarşı hava hücumları əmri verə bilər. Amerika qüvvələri, həmçinin İranın dövlət qurumlarını və nüvə obyektlərini hədəfə ala bilər. 

Məlumata görə, Tramp hələlik sonrakı tədbirlər barədə yekun qərar verməyib, lakin “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Yaxın Şərqə göndərildikdən sonra güc tətbiq etmək variantını da istisna etməyib.

Hərbi əməliyyat təhdidləri fonunda ABŞ İran rəsmiləri ilə görüş üçün ilkin şərtlər irəli sürüb. Bunlara uranın zənginləşdirilməsindən imtina, ballistik raket proqramının məhdudlaşdırılması və regionda İranın proksi qüvvələrinə dəstəyin dayandırılması daxildir. Lakin ən problemli məsələ ABŞ-nin İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırması tələbi olub. 

Mənbələrin məlumatına görə, Tehran bu tələbi rədd edir və yalnız nüvə proqramını müzakirə etməyə hazırdır.

Xatırladaq ki, yanvarın 28-də Tramp sosial media platforması “TruthSocial”da yazıb: 

"Ümid edək ki, İran tez bir zamanda danışıqlar masasına oturacaq və bütün tərəflərə fayda verən ədalətli və bərabər “Nüvə silahlarına yox” razılaşmasına çatacaq".

Buna cavab olaraq İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Tehranın ABŞ və İsrail ilə münaqişəsinin üçüncü mərhələsinə qədəm qoyduğunu bildirib. O, ilk iki mərhələ kimi 2025-ci ilin yayında baş verən 12 günlük müharibəni və iqtisadi böhran fonunda dekabr və yanvar aylarının əvvəllərində baş verən kütləvi etirazları göstərib. 

İran xarici işlər naziri Abbas Əraqçi də, həmçinin ölkənin istənilən təcavüzə "dərhal və güclü" cavab verməyə hazır olduğunu vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 AVQUST 2026
İrəvanda böyük kilsə çevrilişi: "Vətəndaş sazişi" planı elan etdi 11:05 “Qarabağ”ın Avropa macərasında növbəti böyük imtahan! 10:55 İsraildə Qərbi Nil virusundan ilk ölüm faktı qeydə alındı 10:44 “Bu səyahətin sonudur!” Kultard Zandfortun “Formula-1” taleyindən danışdı 10:28 "Ağ Ev öz borclarını gizlədir!" – Əraqçi bütün kartları açdı! 10:24 Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik! 10:17 “Barselona”da Levandovski boşluğu: yeni hücumçu axtarışı başladı 09:55 Rusiya Ermənistana Azərbaycandan keçməklə yeni tədarük göndərəcək 09:52 Uindhorstdan “Filadelfiya”ya xəbərdarlıq: Lebronla mövsüm asan olmayacaq! 09:41 Azərbaycan neftinin qiyməti 95 dolları keçdi 09:46 Deniz Undav ölüm təhlükəsi ilə üz-üzə qaldığı anları danışdı 09:34 DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi 09:31 Mourinyu “Real”ın qapısını Yamalın üzünə bağladı: “Mənimkilər ən yaxşıdır” 09:20 Kiyevə növbəti hücum: Ölən və yaralananlar var - VİDEO 09:13 Azərbaycanlı gimnast Avropa çempionatının finalında! 09:01 ABŞ ordusu zərbə dronları batalyonunu ləğv edir 08:59 Yaponiyada sürət qatarı 4 nəfəri vurdu 08:47 Keniyada turist helikopteri qəzaya uğradı: 7 ABŞ vətəndaşı öldü 08:38 U-20 güləşçilərimiz dünya çempionatında 5 medalla fərqləndi! 08:41 Yeni il gecəsi Ay qırmızı rəngə boyanacaq - 370 il sonra ilk! 01:51 Qızılı dadmaq istədi, 50 qramlıq külçəni uddu 01:42 5 ildən sonra yenidən ortaya çıxdı - ABŞ-də təhlükəli virus 01:47 20 trilyondan 40 trilyona: ABŞ-nin dövlət borcu rekord həddə çatdı 01:31 Tramp bütün prezidentlərdən fərqini Kim Çen In üzərindən izah etdi 01:09 Netanyahu Türkiyəyə meydan oxudu: “Suriyada buna dözməyəcəyik!” 00:45 Bütün Xəbərlər