Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı

Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı
27.09.2025 09:21

Ombudsman 27 Sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Həmin dövrdə Azərbaycan BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə edərək, mülki əhalinin yaşamaq hüququnun təmini, otuz ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi məqsədilə əks-hücum əməliyyatlarına başlamış, nəticədə mötəbər beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrası təmin olunmaqla bərabər, bir milyondan artıq qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa edilib.

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq mülki əhalinin sıx məskunlaşdığı və döyüş əməliyyatları aparılan ərazidən kifayət qədər uzaqlıqda yerləşən ölkənin ən böyük şəhərlərindən birini, rayon mərkəzlərini və digər yaşayış məntəqələrini uzaqmənzilli əməliyyat-taktiki və ballistik raket qurğularından atəşə tutub.

Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının, o cümlədən "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və onun Əlavə Protokollarının tələblərinə zidd olaraq qəsdən törədilmiş müharibə cinayətləri nəticəsində 100-ə yaxın dinc mülki sakin, o cümlədən 12 uşaq qətlə yetirilmiş, 450-dən çox mülki şəxs yaralanmışdır. Bundan əlavə, Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası ağır artilleriya atəşinə məruz qalaraq dağıdılmış və ya qəzalı vəziyyətə düşüb.

Postmüharibə dövründə regionda sülh və əmin-amanlıq üçün təhlükə yaradan separatçı qüvvələrin təxribat əməllərinin qarşısının alınması, insan hüquq və azadlıqlarının qorunması məqsədilə 2023-cü il sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirilib.

Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilmiş və bölgədə insan hüquqlarının qorunması istiqamətində yeni imkanlar açılıb.

Bir müddət əvvəl isə Amerika Birləşmiş Ştatlarında Azərbaycan və Ermənistan liderlərinin görüşü zamanı "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" paraflanmışdır. Bu tarixi hadisə ilə təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq bir daha vurğulamaq istərdim ki, işğal və müharibə dövrlərində pozulmuş insan hüquq və azadlıqlarının bərpası, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması, işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənmə prosesinin sürətləndirilməsi məqsədilə dəqiq mina xəritələrinin təqdim olunması, habelə keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətlə geri qayıdışı kimi beynəlxalq hüquqa əsaslanan fundamental məsələlərin təmin edilməsi olduqca vacibdir.

Bu baxımdan beynəlxalq təşkilatların, dünya dövlətlərinin, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatlarının beynəlxalq hüquq normalarının təmini, müharibə cinayətləri törədənlərin cəzalandırılması, pozulmuş insan hüquqlarının bərpası, dayanıqlı inkişafın və daimi sülhün bərqərar edilməsi istiqamətində birgə təşəbbüs göstərmələri xüsusi önəm kəsb edir.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, mülki əhalinin yaşamaq hüququnun müdafiəsi və keçmiş məcburi köçkünlərin uzun illər ərzində kobud şəkildə pozulmuş hüquq və azadlıqlarının bərpası uğrunda həyatlarını itirmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, ölkəmizə, regiona və dünyaya sülh arzu edirəm".

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Bütün Xəbərlər