İcma: "İrəvan Qazılığının fəaliyyətinin bərpasını alqışlayırıq"

İcma: "İrəvan Qazılığının fəaliyyətinin bərpasını alqışlayırıq"
24.05.2025 13:08

Qərbi Azərbaycan İcması (QAİ) Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının mayın 22-də Bakıda keçirilmiş əlahiddə toplantısında İrəvan Qazılığının fəaliyyətinin bərpa edilməsi, İrəvan Qazılığının Əsasnaməsinin təsdiq edilməsi və İrəvan qazısının seçilməsi barədə qəbul etdiyi qərarları alqışlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.   

Bəyanatda xatırladılıb ki, İrəvan şəhərindəki Göy Məscid istisna olmaqla, Qərbi Azərbaycanda mövcud olmuş 300-ə yaxın məscidin hamısı Ermənistan tərəfindən məhv edilib: 

"Eyni zamanda, 500-dən artıq qəbiristanlıq dağıdılmış, azərbaycanlıların mədəni və dini irsi sistemli şəkildə yer üzündən silinib. Bu, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasıdır". 

Bildirilib ki, İrəvan Qazılığının fəaliyyətinin bərpası dini etiqad azadlığının təmin edilməsi, Qərbi Azərbaycanda multikultural mühitin yenidən canlandırılması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətli bir addımdır: 

"Bu qərar, eyni zamanda, Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışına xidmət edən mühüm bir inkişafdır.

Qərbi Azərbaycan İcması olaraq, Ermənistan hökumətindən azərbaycanlıların Göy məsciddən sərbəst istifadəsinə şərait yaratmağı, dağıdılmış məscidləri və azərbaycanlılara məxsus digər mədəni abidələri bərpa etməyi və Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına şərait yaratmağı tələb edirik". 

İcma dünya dövlətlərini, BMT və digər beynəlxalq təşkilatları Ermənistanın törətdiyi haqsızlıqların aradan qaldırılması üçün bu ölkəyə təzyiq etməyə çağırıb.

XƏBƏR LENTİ
30 IYUL 2026
Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 Bütün Xəbərlər