Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı
27.09.2025 01:22

Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb.

TodayPress TV xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür.

Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.

Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.

27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı arzulayırıq.

27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün yenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurla irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat qayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər və kəndlərimiz ən yüksək dünya standartları və ən yeni texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.

Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızın həyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi davam etdirilməkdədir.

Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan və irəlilədilən ikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi də artıq öz nəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü və onun nəticəsində ABŞ tərəfinin də şahid qismində imza atdığı Azərbaycan-Ermənistan Birgə Bəyannamə, "Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətninin paraflanması, eləcə də keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar 30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlik aradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.

Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal və təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.

Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə, sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.

27 sentyabr – Anım Günündə qəhrəmanlarımızın əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik".

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər