Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrədə anıldı

Xocalı soyqırımı qurbanlarının xatirəsi İsveçrədə anıldı
25.02.2026 19:50

İsveçrə Konfederasiyanın Bazel şəhərində Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.

TodayPress TV xəbər verir ki, “Teodors” kilsəsində keçirilən anım tədbiri “Azərbaycanın Dostları” Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Fuad İsgəndərov Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş ən dəhşətli faciələrdən biri olduğunu bildirib. Birinci Qarabağ müharibəsi veteranı olduğunu qeyd edən səfir, 1992-ci il fevralın 26-da Ağdam şəhərində olduğunu və baş vermiş hadisələrə şəxsən şahidlik etdiyini vurğulayıb. O, 613 mülki şəxsin yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Bu cinayətin insanlığa qarşı törədilmiş ağır faciə olduğunu deyib.

Səfir Xocalı şəhidlərinin qisasının alındığını bildirərək, onların ruhlarının işğaldan azad olunmuş və sürətlə bərpa olunan Xocalıda rahatlıq tapdığına əminliyini ifadə edib.

Anım tədbirinin bədii hissəsində Şəfəq Abdullayeva (orqan), Mədinə Şahgəldiyeva (kamança) Azərbaycan folklor və bəstəkar musiqilərini ifa edib, həmçinin Naibə Turalın Xocalı soyqırımı ilə bağlı hazırladığı ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.


TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər