Sultan Hacıyev Joys Sitienei ilə görüşdü

Sultan Hacıyev Joys Sitienei ilə görüşdü
31.05.2025 13:24

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin direktoru Joys Sitienei ilə görüşüb.

TodayPress TV xəbər verir ki, Beynəlxalq Mərkəzin iqamətgahında baş tutmuş görüş zamanı səfir tərəfindən xanım direktora səfirliyin fəaliyyət tarixçəsi, ölkənin Ulu Öndər Heydər Əliyev siyasi kursuna əsaslanan inkişaf yolu, dövlət başçısının rəhbərliyi altında uğurla davam etdirilən Azərbaycanın keçmiş məcburi köçkünlərinin məskunlaşdırılması üzrə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Proqram” haqqında məlumat verilib. 

Səfir ölkənin Ermənistanın 30 illik işğalı nəticəsində dünyada minalarla ən çox çirklənmiş ölkələrdən birinə çevrildiyini, bu səbəbdən dağıntı və insan tələfatı haqqında xanım direktoru məlumatandırıb. 

Bu gün məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıdışı üçün minaların ən böyük maneə olaraq qaldığı qeyd olunub. 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) humanitar minatəmizləmə sahəsində gördüyü işlər haqqında Beynəlxalq Mərkəzin direktoruna məlumat verən səfir ölkəsinin humanitar minatəmizləmə sahəsində qabaqcıl texnologiyaları (minaların yerini müəyyən edən dronlar, peyk dəstəyi, minaaxtaran itlər) tətbiq edən dövlətlərdən biri olduğunu bildirib. 

Beynəlxalq Minatəmizləmə Təlim Mərkəzi kimi tanınan Məktəbin 2005-ci ildə Böyük Britaniya və Keniyanın birgə təşəbbüsü olaraq, minaların sosial, iqtisadi və ətraf mühitə təsirinin azaldılmasına yönəlmiş minatəmizləmə əməliyyatlarında iştirak edəcək regional hərbi personalın potensialının artırılması məqsədilə yaradılması qeyd olunub. 

Görüş zamanı IPSTC-nin Azərbaycanın minatəmizləmə sahəsində fəaliyyət göstərən müvafiq qurumu ilə əməkdaşlığın qurulması, hər iki ölkənin təcrübəsinin öyrənilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacib olduğu bildirilib.

FOTOLAR

Sultan Hacıyev Joys Sitienei ilə görüşdü — 1
Sultan Hacıyev Joys Sitienei ilə görüşdü — 2
Sultan Hacıyev Joys Sitienei ilə görüşdü — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Bütün Xəbərlər