Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Polşaya işgüzar səfər etdi

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Polşaya işgüzar səfər etdi
13.12.2025 11:49

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşaya işgüzar səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində "Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, "Orta Dəhliz" və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan "TVP World" və "Polşa Xəbərlər Agentliyi" kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Makronun həyat yoldaşı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Neft ucuzlaşmağa davam edir 09:27 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 Bütün Xəbərlər