Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi

Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi
18.06.2026 20:00

“Toplantımızın Azərbaycanın Milli Qurtuluş Günü ilə üst-üstə düşməsi xüsusilə əlamətdardır. Bu gün - ölkənin sabitlik, dayanıqlılıq və yenilənmə yolunda yeni mərhələyə qədəm qoymasını təmin edən tarixi dönüş nöqtəsidir”.

TodayPress TV xəbər verir ki, bu sözləri İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.

“Bu diyar əsrlər boyu Qədim İpək Yolundan bu günün Orta Dəhlizinə qədər Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirərək coğrafi mövqeyini ortaq imkanlara çevirmişdir. Lakin Azərbaycanın hekayəsi yalnız bağlantılar hekayəsi deyil. Bu, eyni zamanda, dözümlülük və yenilənmə hekayəsidir. Bu baxımdan Şuşaya son səfərimdən qısa bir təəssürat paylaşmaq istərdim. Qarabağın incisi olan Şuşanın zəngin irsi şairə və xeyriyyəçi Xurşidbanu Natəvan kimi şəxsiyyətlərin timsalında yaşayır. O, mədəni dayanıqlılığın və mərhəmətin əbədi rəmzidir. Məni Xalq şairi Məmməd Arazın aşağıdakı misraları çox təsirləndirdi:

“Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri biz hər şeyi bölə billik!”

Çox güclü misralardır. Bu sözlər heç vaxt ümidini itirməmiş xalqın ruhunu əks etdirir. Məhz həmin ruh Azərbaycanla tərəfdaşlığımızın əsasını təşkil edir.

Biz azad edilmiş Qarabağa səfər edən ilk çoxtərəfli İnkişaf Bankı olmaqdan qürur duyuruq və bununla Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik”, - deyə o vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUN 2026
Trampın Tehrana qarşı böyük blokadası BİTDİ! - "ABŞ İran gəmilərinə mane olmur" 21:21 Bakıda mühüm sənəd qəbul edildi 20:36 Tramp İrana 300 milyard dollar verəndir? - Təkzib etdi, özü də necə... 21:17 “Yalnız bir cavab alırdıq: “Gedin razılaşın” - İlham Əliyev 21:05 Pezeşkian Qətər Əmirinə təşəkkür etdi 20:23 Azərbaycan–Ermənistan normallaşması Riqada gündəm oldu 20:51 Daha 8 məşhurun narkotik test nəticələri müsbət çıxdı 20:12 Bir "zamok"a görə FHN səfərbər oldu - Bakıda qeyri-adi olay - VİDEO 20:38 Netanyahudan qəti qərar: İsrail ordusu Cənubi Livandan çıxmayacaq - səbəbini açıqladı 20:27 Bakıdan İslamabada təşəkkür: Danışıqlardakı rol yüksək dəyərləndirildi 20:28 Azərbaycan və Latviya arasında strateji dialoqun növbəti iclası keçirildi 20:05 Vens İsveçrəyə nə vaxt gedəcəyini AÇIQLADI 20:15 Uşakov: Türkiyə Ukrayna üzrə danışıqlar üçün platforma təmin etməyə hazırdır 20:00 Prezidentin iştirak etdiyi tədbirdə Məmməd Arazın şeirini dedi 19:59 ABŞ və İranın sülh sazişi neft qiymətlərini aşağı saldı 19:36 London Ukraynanı müsadirə olunmuş Rusiya aktivləri ilə silahlandırır 19:20 Ceyhun Bayramov Marius-Qabriel Lazurka ilə görüşdü 19:16 Prezident: Bu gün sülh artıq reallıqdır 19:08 İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçiridi 18:54 İlham Əliyev: Dostlarımızın sayı ilbəil artır 18:47 Rutte elan etdi: Alyansda tarixi transformasiya – "NATO 3.0" qurulur 18:12 ABŞ-İran sazişinin baş vasitəçisinin İsveçrəyə səfəri LƏĞV EDİLDİ 18:19 Hər şey dəyişəcək - Ermənistanın baş naziri Narek Karapetyan olacaq 18:08 İsveç səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatdı 18:05 Dilican görüşünün gizli kodları - Paşinyan təxribatın qarşısını aldı? 17:37 Bütün Xəbərlər