Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi
06.03.2026 11:25

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.

TodayPress TV xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.

Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.

Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərimizin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.



FOTOLAR

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi — 1
Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi — 2
Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi — 3
Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul etdi — 4
XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər