Arzu Erdem: TDT-nin Qəbələ Sammiti regional sülhə və inkişafa töhfə verən tarixi bir görüş kimi yadda qaldı

Arzu Erdem: TDT-nin Qəbələ Sammiti regional sülhə və inkişafa töhfə verən tarixi bir görüş kimi yadda qaldı
09.10.2025 13:40 Xarici siyasət

Türk Dövlətləri Təşkilatının (TDT) Azərbaycanın tarixi Qəbələ şəhərində keçirilən 12-ci Zirvə Görüşü çox böyük uğurla başa çatdı. “Regional sülh və təhlükəsizlik” mövzusunda təşkil olunan bu toplantı türk dünyası ölkələri arasında həmrəyliyi gücləndirməyi, ortaq məqsədləri möhkəmləndirməyi və regional sabitliyə dəstək verməyi hədəflədi.

Bu fikirləri TodayPress TV– yə açıqlamasında türk siyasətçi, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Arzu Erdem deyib.

O bildirib ki, siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə dair qərarların qəbul olunduğu, türk dünyasının gələcəyini müəyyənləşdirəcək yeni təşəbbüslərin müzakirə edildiyi Zirvə Görüşünün nəticəsində qəbul edilən Bəyannamə ilə regional sülhün qorunması, ortaq müdafiə və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, iqtisadi inteqrasiyanın sürətləndirilməsi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində güclü mesajlar verildi. Həmçinin enerji, nəqliyyat, rəqəmsal transformasiya, təhsil və ətraf mühit sahələrində ortaq layihələrin dəstəklənməsi də qərara alındı.

“Liderlər bununla türk dünyasının beynəlxalq aləmdə daha fəal mövqeyə sahib olması, müstəqillik və suverenlik prinsipləri əsasında ortaq bir baxışla hərəkət edilməsinin vacibliyini vurğulamış oldular. Beləliklə, Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü türk dünyasında birliyi, qardaşlığı və qarşılıqlı etimadı möhkəmləndirən, regional sülhə və inkişafa töhfə verən tarixi bir görüş kimi yadda qaldı”.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər