Prezident İlham Əliyev Adebayo Oqunlesini qəbul etdi

Prezident İlham Əliyev Adebayo Oqunlesini qəbul etdi
08.12.2025 12:10

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

TodayPress TV xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” şirkəti arasında formalaşan tərəfdaşlığı yüksək qiymətləndirərək, Fondun şirkətlə birgə “Italo” sürətli dəmir yolu operatoru və London Qatvik hava limanı üzrə həyata keçirdiyi investisiyaların uğurlu əməkdaşlıq nümunələri olduğunu dedi.

Ölkəmizin uzunmüddətli inkişaf strategiyasına toxunan dövlətimizin başçısı bu xüsusda “Global Infrastructure Partners” ilə tərəfdaşlığın əhəmiyyətini vurğuladı.

Adebayo Oqunlesi ARDNF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini deyərək, şirkətin idarə etdiyi fondlara yatırdığı sərmayələrin iki qurum arasında etibarlı tərəfdaşlıq modeli formalaşdırdığını bildirdi.

Qonaq rəhbərlik etdiyi şirkətin hava limanlarının, logistika və nəqliyyat dəhlizlərinin optimallaşdırılması, enerji, o cümlədən bərpaolunan enerji üzrə beynəlxalq təcrübəyə malik olduğunu vurğulayaraq, enerji keçidi, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib.

Görüşdə şirkətin müxtəlif infrastruktur istiqamətlərində həyata keçirdiyi layihələr, qlobal enerji keçidi fonunda formalaşan yeni tendensiyalarla bağlı fikir mübadiləsi aparıldı, süni intellekt texnologiyalarının tətbiqi üzrə beynəlxalq təşəbbüslərdə əməkdaşlıq məsələləri müzakirə olundu.

Qeyd edək ki, 2006-cı ildə yaradılan və 2024-cü ildə dünyanın ən böyük fəal idarəetmə şirkəti olan “BlackRock” tərəfindən satın alınan “Global Infrastructure Partners” hazırda təxminən 189 milyard ABŞ dolları məbləğində aktivləri idarə edir. “BlackRock” isə hazırda təxminən 14 trilyon ABŞ dollarına yaxın həcmdə aktivləri idarə etməklə, qlobal investisiya bazarında aparıcı mövqeyini qoruyur.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Dezinformasiyalar sosial həyatımızı təhlükə altına aldı – Prezident müdaxilə etməli oldu. 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Küveyt İranın pilotsuz uçuş aparatlarını vurdu 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 Bütün Xəbərlər