Milli Məclisin üzvü APA-nın iclasında iştirak etdi

Milli Məclisin üzvü APA-nın iclasında iştirak etdi
05.12.2025 10:43

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il dekabr ayının 4-də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən təşkilatın Siyasi məsələlər üzrə Daimi Komitənin iclasında iştirak edib.

TodayPress TV xəbər verir ki, açılış mərasimində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

R.Nəbiyev çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan birinə çevrilməkdədir.

Deputat Zəngəzur dəhlizinin Orta Dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq onun Şərq–Qərb və Şimal–Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu qeyd edib. O bildirib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir: "Azərbaycan tərəfi həmçinin əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda Şimal–Cənub Dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda verəcək".

Sonra Daimi Siyasi Komitə işini müxtəlif qətnamə layihələrinin müzakirəsi və digər nümayəndə heyəti rəhbərlərinin çıxışları ilə davam etdirib. "Demokratiya yolu ilə harmonik inkişaf", "Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması" , "Uğurlu parlament təcrübələri", "Asiya parlamentlərinin və hökumətlərinin birlikdə Asiyada rifahın naminə fəaliyyətləri" və digər mövzuları əhatə edən qətnamələr qəbul edilib.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər